Connect with us

“Fotolimp” – foto-müsabiqə

14686658_10205821389852616_32109126_n

Fotoxəbər

“Fotolimp” – foto-müsabiqə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin icrasına başlanılıb.

Bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunacaq və bu foto-şəkillər layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəlliflər iştirakçı statusu qazanacaqlar. Sərgiyə çıxarılan foto-şəkillərin qiymətləndirilməsi aşağıdakı parametrlərlə keçirilir:

1. Münsiflər heyəti sərgidə iştirak edən foto-şəkillərdən 3 (üç) ən yaxşı foto-şəkli seçəcək və bu 3 foto-şəkil müvafiq yerləri tutmaqla sərginin qalibi elan olunacaqlar; 2. Qaliblər müvafiq mükafatlar əldə edəcəklər;

3. Bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

Foto-müsabiqənin şərtləri:

Müsabiqədə 14-29 yaş arası peşəkar fotoqraflar və foto həvəskarlar istənilən mövzuda çəkdikləri fotoları təqdim etməklə iştirak edə bilərlər. Təqdim olunan fotolar rəngli, eləcə də ağ-qara ola bilər. Hər bir foto aşağıdakı məlumatla müşaiət olunmalıdır:

1. Müəllifin adı və soyadı, təvəllüdü;

2. Fotolar son 1 il ərzində çəkilməlidir;

3. Fotolar 3000 piksel-ə qədər ölçüdə və JPEG, TIFF formatında 3-5 meqabayt (MB) ölçüdən az olmamalıdır;

4. Bir müəllifdən 3-dən artıq iş qəbul edilmir;

5. İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;

6. Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir;

7. İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilər;

8. İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək;

9. Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir;

10. Foto-redaktorda işlənmiş fotolar qəbul edilmir;

11. İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına, eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə hüquqi məsuliyyət daşıyır;

12. Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.

Fotolar 10 noyabr 2016-cı il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu yerinə “foto-müsabiqə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillər qəbul edilməyəcək.

Layihənin rəhbəri: Cavad Salmanlı

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top