Connect with us

“Foto hekayə” aylıq fotomüsabiqə

dsc_1683

Müsabiqələr

“Foto hekayə” aylıq fotomüsabiqə

Azərbaycan Fotoqrafları Birliyi Dekabr və Yanvar ayı 2017-ci üçün aylıq müsabiqənin mövzusunu elan edir.

“Foto hekayə” verilmiş müddət ərzində müəllif tərəfindən seçilmiş bir mövzu ətrafında çəkilmiş fotolardan ibarət foto hekayə təqdim etməlidir. “Foto hekayədə” seçilmiş bir insan haqqında fotolardan ibarət olmalıdır. Bu fotolarda hekayənin qəhrəmanı yaşadığı yer, onu əhatə edən mühit, ətrafında olan insanlar, gördüyü və ya sevdiyi işi, qəhrəmanın portreti, iri plan, detal, və hekayənin yekunu olacaq fotodan ibarət olmalıdır.Foto hekayədə mütləqdir ki, fotoqrafın seçdiyi qəhrəman haqqında dolğun məlumat verən fotolardan ibarət olmalıdır. Foto hekayəyə mütləq 15 cümləyə kimi mətn də əlavə olunmalıdır.

Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq. Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5-10 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 29 yanvar 2017-ci il tarixinə kimi təqdim olunmalıdır və fotolar münsiflər heyətinə təqdim olunmaq üçün hazırlanacaq. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır.

Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir). Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliği məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda “AFB Aylıq Müsabiqə qrupu”nda yerləşdiriləcək.Müsabiqənin müəllifi və koordinatoru Mirnaib Həsənoğludur. Əlaqə tel.+99455 2124719

Nümunə üçün təqdim olunan fotolar Nərgiz Mehdi-Seyidovanın fotoları Fransanın Kann şəhərində nümayiş olunub.

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Müsabiqələr

To Top