Connect with us

“Formula 1”-in yeganə xanım fotoqrafı: “Həmyerlilərimiz belə mənimlə xarici dildə danışırdılar”

13450882_1091091957633923_1438339937978303563_n

Fotoxəbər

“Formula 1”-in yeganə xanım fotoqrafı: “Həmyerlilərimiz belə mənimlə xarici dildə danışırdılar”

Məlum olduğu kimi, bir müddət öncə Bakıda “Formula 1” Avropa Qran Prisi baş tutdu.

Fotoqraflar.com xəbər verir ki, bu yarışda azərbaycanlı fotoqraf öz peşə borclarını uğurla yerinə yetiriblər. Amma onların arasında fotoqraf Fərqanə Qasımlı daha çox diqqət çəkib. Çünki o, yarışlarda yeganə xanım fotoqraf olub.

Fotoqraf Fərqanə Qasımlı

Bunu nəzərə alaraq, xanım fotoqrafdan yarışlarla bağlı təəssüratlarını soruşduq:

1 – Formula-1 də fotoqraf kimi iştirak etmək sizə nə qazandırdı?

 İdman fotoqrafiyasında bu mənim ilk işim deyildi. Buna qədər Avropa Oyunlarında, Gimnastika oyunlarında fotoqraf kimi çalışmışam. Lakin “Formula 1”  yarışları onlardan köklü surətlə fərqlənir. Burada sən cəld –çevik olmaqla yanaşı, həm də bir ovçu kimi pusquda durub, hərəkət etməlisən. İlk növbədə təcrübə, yəni səbirli və sürətli olmağı  qazandırdı.

Fotoqraf Fərqanə Qasımlı

2 – Orada yeganə xanım fotoqraf siz olmusunuz. Bu, necə bir hissdir?

Bunu sonradan bildim. Bütün fikir-diqqətimi işə verdiyimdən halıma təsiri olmadı. Düşünürəm ki, qadın həmkarlarım da yanımda olsaydı  daha maraqlı olardı və məni də xarici fotoqraf bilməzdilər. Çünki öz həmyerlilərimiz belə mənimlə xarici dildə danışırdılar. Biləndə ki, qarşılarında azərbaycanlı fotoqrafdı, təəccüblərini gizlədə bilmirdilər. Qaldı ki, hisslərimə, mən həm də sürücüyəm. Əgər ballit idarə etməyə icazə versəydilər, bu artıq fərqli bir hiss olardı.

Fotoqraf Fərqanə Qasımlı

3 – Çətinliklər yaşadınızmı?

Çətinliyim ancaq fiziki cəhətdən oldu.  Uğurlu kadrı qaçırmamaq üçün bizə ayrılan nəqliyyat vasitəsindən istifadə etmirdim . Bakı Halqasını piyada dövr edirdim. Əlbəttə ki, üzərimdəki bütün  fototexnika ilə birgə… Bu nə qədər ağır olsa da, istədiyin kadrı tutanda bütün çətinlikləri unudursan. Bizim üçün yaradılan şəraitə görə təşkilatçılara öz təşəkkürümü bildirirəm.

Fotoqraf Fərqanə Qasımlı

4 – Növbəti 4 il ərzində Formula 1 yenə Azərbaycanda keçiriləcək. Həmin yarlışları da çəkmək istəyirsinizmi? Yoxsa bir dəfə kifayət etdi?

Mütləq iştirak edəcəyəm.

 

 

 

Comments

comments

Ardını oxu
Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top