Connect with us

Dünyanın ən bahalı 10 fotosu

Dünyanın ən bahalı 10 fotosu

Fotolar

Dünyanın ən bahalı 10 fotosu

Müasir zamanda hər kəs özünə telefon, planşet və ya fotoaparat alaraq şəkil çəkmək imkanına sahib olur.

Bu səbəbdən də, indiki fotoqraflar 30-40 il əvvəlkilə nisbətən heç ciddiyə alınmır. Günümüzdə keyfiyyətli foto çəkməyin çoxlu alternativləri var. Bu səbəbdən çox sayda keyfiyyətli fotoqraf mövcuddur. Fotoqrafiya hələ də bir sənət sahəsidir və bəzi fotolara baxdıqda onların bahalı bir əsər olduğunu deyə bilirik. Məsələn, bir şəkilə 100.000 pul verərsinizmi? Və ya 1 milyon? Sizə dünya auksiyon mərkəzlərində dünyanın ən baha qiymətə satılmış fotolarını təqdim edirik.

  1. Billy The Kid (1880) – 2.3 milyon dollar

Dünyanın ən bahalı fotolarından biri, Qərbi Amerikanın nüfuzunu artırmış gənc quldur Billy The Kid. 21 yaşı olmamış artıq 20-dən çox insan öldürmüş Billy The Kid-in bilinən yeganə şəkli. Qarətçi və quldur olaraq qısa zaman ərzində bütün ölkədə məhşur olacaq dərəcədə bir kriminal karyera qurub. Bir çox film həvəskarları onun üz cizgilərini Young Guns filmi ilə tanınan Hollywood ulduzu Emilio Estevez ilə müqayisə edirdilər. Lakin əsil quldur 1880 ilində bilinməyən şəxs tərəfindən çəkilən şəkili ilə ölümsüz olmağı bacardı. Şəkil 2.3 milyona satılıb. 

  1. Adsız #153 (1985) – $2.7 milyon dollar

Bəziləri tərəfindən bir şedevr olaraq qiymətləndirilən bu şəkil, cinayətin həmən sonrası çəkilmiş və özündə biraz narahatlıq eyni zamanda müvəfəqqiyyəti birləşdirir.

  1. Ay işığı (1904) – 2.9 milyon dollar

Foto 1904-ci ildə New York əyalətində Edward Steichen tərəfindən ölümsüzləşdirilib. Bu məhşur və unikal şəkil, göl üzərindən, meşəlik və ağacların arasından keçən yumşaq ay işıqından bəhs edir. Bu şəkil fotoqraflar arasında çox məhşurdur. İlk rəngli foto olması ilə yanaşı, geniş kütləyə çatdırılan ilk rəngli foto olması onu xüsusiləşdirir. Kompozisiya quruluşunda da öz rəqiblərinin yanında ləyaqətli yerini qoruyur. Günümüzə 3 ədəd nüsxə çatmışdır və hər 3-nün qiyməti yüksəkdir. Nüsxələrdən biri 2006-ci ildə 2.9 milyon dəyərində öz sahibini tapıb. O zaman ən yüksək qiymətli foto idi, lakin sonra daha yüksək qiymətə satılan fotolar meydana çıxdı. Yerdə qalan 2 nüsxənin bazar qiyməti dəqiqləşməyib, lakin birincidən yüksək olacağına şübhə yoxdur. (Digər 2 nüsxə eyni muzeydə saxlanılır.)

  1. Los Angeles(1998) – 2.9 milyon dollar

Elmi fantastika filmi kimi görünür elə deyilmi? Şəkil məhşur fotoqraf Andreas Gursky tərəfindən qeydə alınıb. Şəhər cizgilərinin qeyri-adi bir şəkildə birləşdiyi bu şəkil, heyrətamiz olan 2.9 milyon dollar qiymətinə satılmışdır.

  1. 99 Cent II, Diptychon(2001) – 3.3 milyon dollar

Siyahıda olan Gursky-ə aid şəkillərdən daha biri… Əslində içərisində bir çox məhsulların olduğu iki şəkillə qarşı-qarşıyasınız. 3.346.456 dollara auksiyon üsulu ilə satılan dünyanın ən bahalı şəkli… Bir marketdə çəkilmiş iki şəklin birləşməsindən əmələ gəlib. Sonradan daha 2-3 nüsxəsini satılıb və hər biri milyon dollara sahibinə qovuşub. 

  1. Adsız(Kovboy)(1989) – 3.4 milyon dollar

Başqa bir atı tutmaq üçün kəndirini hazırlayan və kim olduğu bilinməyən bir kovboy hərəkət zamanı şəkli çəkilir. Pərdə arxasında parlaq səmanın dağınıq bulutlarla birləşdiyi bu şəkil Richard Prince-ə 3.4 milyon dollar qazandırır

  1. Ölü Taborda söhbət(1992) – 3.7 milyon dollar

1946-ci il Kanadada doğulmuş fotoqraf Jeff Wall-ın Vankuverdə bir studiyada quraşdırdığı 1986-ci il Sovet-Əfqan müharibəsindən bir hissəni təsvir edən şəkil: Dead Troops Talk. Kristies-də keçirilən auksiyonda 3.666.500 dollara satılıb.

  1. Əlahəzrət üçün(1973) – 3.7 milyon dollar

Gilber və George həmişə mübahisə mövzusu olan mövzuları ölümsüzləşdirərək gözəl bir karyera qurublar. Sothhesby-də keçirilən auksiyonda bu şəkil 3.7 milyon dəyərində satılıb.

  1. Adsız #96(1981) – 3.9 milyon dollar

Şermanın 70-ci illərdə sürüklənmiş gənc bir qızın avtoportretini canlandırıb. 2011-ci ildə 3.9 milyon dollara sahibinə qovuşub və ən bahalı fotolar icində 2 yerə yüksəlib.

  1. Reyn II(1999) – 4.3 milyon dollar

Gurskynin siyahıdakı 4-cü şəkli zirvədə durur. Reyn çayını çəkdiyi şəkli 2011-ci ildə 4.3 milyon dollara satılıb.

 

 

Daha çox - Fotolar

To Top