Connect with us

DSLR yoxsa Smartfon kameraları?

DSLR vs Smartphone

Digər - incələmələr

DSLR yoxsa Smartfon kameraları?

Şəkil çəkmək üçün DSLR seçməlisiniz, yoxsa smartfon sizə bəs edər? Bu yazımız cavabı tapmağınıza kömək edəcək.

Smartfonunuzun kamerasını istifadə etmək çox rahatdır. Telefonunuzu cibinizdən çıxarmaq və dərhal gördüyünüz şeyi çəkmək çox vaxt asan olur.

Lakin, DSLR-lər daha funksionaldırlar. Fotoqraflıq bacarıqlarınızı daha üst səviyyəyə qaldırmaq istəyirsinizsə DSLR ilə ağıllı telefonu müqayisə etmək belə istəməyəcəksiniz.

Yaxşı, bəs, DSLR-ə nə vaxt keçmək lazımdır? Bunu müəyyən etmək üçün DSLR-in üstünlüklərini bilmək lazımdır. Təkcə hobbi üçün foto çəkənlər bu günkü telefonların funksiyalarına qane ola bilərlər. 

Şəkil keyfiyyəti

DSLR alan kimi görüntü keyfiyyətinin telefonla müqayisədə daha yaxşı olmağını gözləyəcəksiniz, amma burda bir çox fərqli məqamlar var. Aşağıda Canon EOS Rebel T3 və iPhone 5 ilə çəkilən bir bananın fotosunu görürsünüz. DSLR daha geniş rəng aralığını tutub, iPhone 5-in çəkdiyi fotodakı rənglər atmış görünür.

Hər iki cihaz bir neçə ilin texnikası olduğundan müqayisə üçün yaxşı seçiliblər. Fotoya yaxından baxanda DSLR-in fotonu bütünlüklə diqqət mərkəzinə gətirdiyi görünür. Bunun əksinə olaraq telefon bananın kənarlarını kəskin və cəlbedici hala salıb.

Smartfon kameraları uzun müddətdir istifadə edilsələr də, DSLR standart parametrlərlə belə fotonu daha yaxşı rəngli və detallı əks etdirir. Daha yaxşı çəkim əldə etmək üçün parametrləri tənzimləmək sizə düşür.

Depolama (Saxlama)

Telefonunuzda yüksək tutumlu model seçməsəniz telefon yaddaşınız tez müddətdə fotolarla dolacaq. DSLR, təkcə, foto və videolara yer ayırdığından başqa proqramlar boş yer istifadə etməyəcək. Bundan əlavə, DSLR-ə ehtiyacınıza uyğun bir SD kart əlavə etmək də çox asandır.

Elastiklik

DSLR-inizi yaxından tanımaq üçün bir az vaxt sərf eləsəniz, zamanla istədiyiniz şəkli əldə edə bilərsiniz. DSLR-lər diqqət mərkəzində olan obyekt üzərində daha çox kontrola icazə verdikləri üçün onun funksiyalarından daha yaxşı istifadə etmək olar.

Xərci

DSLR və telefon kamerasını qiymət baxımdan müqayisə edəndə vəziyyət həmişə düyünə düşür. Yəqin ki, smartfonunuz var. DSLR almaq müəyyən məbləğdə pul tələb edir. İlk dəfə bir professional kamera almaq istəyirsinizsə, güman ki, iki-üç min dollar xərcləmək istəməyəcəksiniz. Belə olduğu halda, Nikon, Canon kimi yaxşı markaların 400-500 dollarlıq giriş səviyyəsində olan (sadə) məhsullarına baxa bilərsiniz. Bir-iki fotoaparat linzası alsaz bəsinizdir. Bahalı cihaz aldığınız üçün qoruyucu çanta almağınızda da fayda var. Büdcənizə uyğun bir neçə yüksək tutumlu SD kartı almağı da unutmayın.

Uğurlu çəkimlər

Dilimizə uyğunlaşdıran: Nilufər

Daha çox - Digər - incələmələr

To Top