Connect with us

Canon M5 – incələmə və texniki xüsusiyyətləri

canon m5

Canon

Canon M5 – incələmə və texniki xüsusiyyətləri

Canon M5 özəllikləri və qiyməti etibarı ilə Canon-un güzgüsüz kameralar arenasında ciddiyətini ilk dəfə bu qədər ortaya qoyduğu bir aparatdır. Dual Piksel CMOS AF texnologiya ilə, daxili EVF-si ilə (elektron vizör), sensorlu interfeys ilə yeni Canon M5, Canon-un güzgüsüz seriyaları arasında özündən bəhs etdirəcək.

Canon M5 Texniki Xüsusiyyətləri

  • APS-C CMOS Matrisa, 24.2 MP
  • ISO 100-25600
  • Dual Pixel CMOS AF
  • 7fps ardıcıl çəkiliş
  • 1080p Video
  • 2″ sensorlu ekran (1 620 000 nöqtəli)

 

Canon, DSLR arenasında əlində saxladığı hakimiyyəti güzgüsüz kameralar arenasına daşıyıb, Sony ilə rəqabət etmək niyyətini Canon M5-lə kifayət qədər açıq göstərdi.

Canon-un daha əvvəlki güzgüsüz modelləri Canon M3 və Canon M10 modelləri güzgüsüz kamera yarışlarında elə də diqqət çəkici deyildi. Amma Canon M5-in podiuma çıxması güzgüsüz sektorunda olan vəziyyəti bir az qarışdırmış kimi görsənir. Canon-un bu ana qədər çıxardığı güzgüsüz fotoaparatlar seqmentinin başında özünü yerləşdirən Canon M5 nisbətən təcrübəli fotoqrafiya sevərləri, DSLR kameralarına daha sadə alternativ fotoaparatlar axtaran DSLR istifadəçilərini hədəf etmiş.

Ümumi xüsusiyyətlər

intro

Canon M5-də yeni 24,2 MP APS-C CMOS matrisa vardır. Lakin bu kamerada olan matrisanın Canon-un axır günlərdə çıxardığı Canon 5D Mark IV və Canon 80D-də istifadə edilən və sensorla olan eyni olub olmamağına barədə Canon tərəfindən açıqlama verilməyib. Bu texnologiya daha inkişaf etmiş “zerno” verməyi azaltma və daha yaxşı dinamik diapazon üçün istifadə edilən matrisa texnologiyasıdır.

Canon-un çıxardığı son texnologiya – görüntü prosessoru DIGIC 7 istifadə edən Canon M5, saniyədə 7 kadr ardıcıl çəkiliş edə bilir və 31 dəfə ardıcıl 7 kadr çəkiliş edəndən sonra, sürəti saniyədə 4 kadra düşür və bu şəkildə yaddaş kartınız dolana qədər foto şəkil çəkə bilərsiniz. Üstəlik, bu sürətlərdə ardıcıl çəkiliş edərkən AF-i və Metering-i (işıq ölçüsü) bütün funksiyaları ilə kontrol edə bilərsiniz.

screenshot_7

 7 foto şəkil mənə bəs etmir, mən saniyədə 9 kadr çəkmək istəyirəm desəniz, Canon M5 ilə bu da mümkündür, lakin 9 foto şəkil sürətində çəkiliş etdiyiniz zaman AF və Metering-in kontrolundan imtina etməli olacaqsınız.

Canon güzgüsüz kameralarda ilk olaraq, Canon M5-də 2.36 milyon nöqtə görüntü keyfiyyəti olan elektron vizör tətbiq olunub. 3.2 ölçüsündə böyük sensorlu arxa ekranı 5D Mark IV və 1DX Mark II-dəki kimi 1.62 milyon nöqtə görüntü keyfiyyətinə sahibdir. Hərəkətli ekran yuxarıya doğru 85 dərəcə, aşağı doğru isə 180 dərəcə fırlana bilir.

screenshot_5

Canon M5 qoşulma bolluğu baxımından Canon-un indiyə qədər gördüyümüz ən inkişaf etmiş fotoaparatıdır. Bu model digər kameralarda olduğu kimi, Wi-Fi və NFC ilə yanaşı, Bluetooth texnologiyasına da sahibdir. Bluetooth ilə bağlantıda Wi-Fi və NFC-yə nisbətən batareyanın daha az istehlakı olduğuna görə, həm kameranız, həm telefonunuz daha uzun müddət bağlı qalacaq və istədiyiniz hər an 2 cihaz arasında fayl köçürməsini sürətli şəkildə həyata keçirə bilərsiniz.

Avtomatik fokuslama

Canon-un ilk güzgüsüz modeli olan Canon M-ə sahib olanlar olduqca yavaş AF sistemindən əziyyət çəkir. Ondan sonra çıxan Canon M3-də olan Hybrid CMOS AF III systemi ilə nisbətən daha inkişaf etmiş AF sistemi tətbiq olunmuşdu. Lakin yeni Canon M5-də Canon-un ən son matrisa texnologiyası və Dual Pixel CMOS AF sistemi tətbiq olunub. Kadrdaki görüntünün 80% əhatəedən fokuslama olduqca qənaətbəxş və eyni zamanda sürətlidir. Daha əvvəlki modelləri ilə müqayisə etdikdə çox böyük bir inkişafdan söyləyə bilərik. Bundan əlavə, aparatı istifadə edərkən aydınlığı barmağınızlaarxa ekrana toxunaraq çox rahat bir şəkildə kadrın istədiyiniz nöqtəsinə sala bilərsiniz.

canonm5handson-01

Ümumilikdə baxanda, xüsusilə güzgüsüz seqmentindəki bir çox aparatların 4K çəkə bildiyini nəzərə alsaq, Canon M5-də 4K video çəkimin olmaması ilk diqqət çəkən əksikliklərdəndir. Dual Pixel CMOS AF sisteminin tətbiqi ilə avtomatik fokuslama əvvəlki modellərə nisbətən çox böyük dərəcədə artıb. Daxili elektron vizör (Gəzən fokslama. Bu sistem özü obyekti seçir və onun üzərində fokslanır)  və sensorlu/hərəkətli arxa ekranın kameraya daxil edilməsi Canon M5-i təcrübəli istifadəçilər üçün gözəl seçim edib. Canon-un olduqca böyük olan EF və EF-S lens diapazonu adapter vasitəsilə Canon M5-də istifadə edə biləcəksiniz. Əvvəldə də dediyimiz kimi, Canon nəhayət güzgüsüz kameralar seqmentində olan ciddi olduğunu göstərdi və bu ciddiyətini növbəti mərhələlərdə əminliklə daha inkişaf etmiş modellərdə həyata keçirəcək.

Canon M5 vs Sony A6300 vs Olympus E-M5 Mark II vs Fuji X-T10

©mertgundogdu.com

 

Daha çox - Canon

To Top