Connect with us

Canon ESO 5D Mark III – İncələmə

mark 3

Canon

Canon ESO 5D Mark III – İncələmə

Canon 5d Mark III, 22.3 meqapiksel CMOS sensoru və DIGIC 5+ görüntü prosessoru kombinasiyasını istifadəçilərinə təqdim edir. Yüksək həssaslıq, detallı görüntüləri əldə etmək üçün hazırlanıb. Professionallığı yaşamaq istəyən fotoşəkil tutqunları üçün hazırlanan EOS 5D MARK III, kadr sürətindən, çəkiliş səsinə qədər istifadəçilərinə manual idarə imkanları təqdim edir.

DIGIC 5+ ilə Dəstəklənən Mükəmməl Sensor. 22.3 Meqapiksel Full-Frame CMOS Sensor. Sürət və mükəmməl görüntülərin birləşməsi full frame sensor və görüntü prosessorunun ortaq şəkildə işləməsi ilə ortaya çıxır. Tam kadr sensor 5784 x 3861 piksel ölçülərində görüntülər tutur. Bu sensor ilə əvvəlki modellərə görə; yeni bir fotodiyot quruluşu istifadə edir. Bu həssas quruluş ilə yüksək ISO istifadəsində fotoşəkildə daha az miqdarda gren meydana gəlir.

DIGIC 5 + Görüntü Prosessoru

Canon EOS 5D Mark III, yüksək performanslı ən üst səviyyə görüntü prosessorlarından olan DIGIC 5 + istifadə edir. Bu görüntü prosessoru ilə istifadəçilərini 6 kadr/saniyəlik çəkiliş sürətiylə görüşdürür.

Yüksək ardıcıl çəkiliş sürəti ilə sizin üçün xüsusi olan anları qaçırmadan fotoşəkil çəkə biləcəksiniz. İnkişaf etdirilmiş data əməliyyat performansı ilə, yüksək işıq həssaslığı (ISO) istifadəsində gren aradan qaldırma sistemi daha təsirli çalışır. Nəticə olaraq da istifadəçilər çox yüksək ISO dəyərlərindəbelə minimum grenə sahib fotoşəkillər çəkə bilirlər.

61 Nöqtəli Geniş Sahəli AF Sistemi

Canon EOS 5D Mark III, böyük qardaşı olan EOS 1D X modelindəki kimi 61 nöqtəli geniş sahəli AF sistemi istifadə etməkdədir. Bu xüsusiyyəti ilə EOS 5D Mark 3 sürətli həssas dəqiqləmə edə bilir.

Mövcud sistemlər arasında ən inkişaf etdirilmiş olan bu AF sistemində Canon 41 ədəd çarpaz tip nöqtə ilə əlavə həssas 5 cüt çarpaz nöqtəyə yer vermiş. Buna görə hərəkət edən obyektlərin fokuslanması daha qərarlı və daha asan hala gəlir. Nəticə olaraq fokuslama müddəti yaxşıca azalır və fokuslama problemi yox deyiləcək səviyyələrə enir.

Aydın HD Video

EOS 5D Mark II-nin şöhrəti ilə təməlləri atılan Canon EOS 5D Mark III, fotoqraflardan alınan geri bildirişlərə əsaslanıb, inkişaf etdirilib. Buna görə də, Mark III çox daha yaxşı video performansı göstərir. Alan/sahə dərinliyi idarəsi yaxşıca inkişaf etdirilən EOS 5D Mark III, video mövzusunda peşəkarlaşan istifadəçiləri tam təmin edə bilir.

DIGIC 5+ görüntü prosessorunun möhtəşəm gücüylə full frame sensor görüntülərdə halə meydana gəlməsi səhv rəng istehsalı kimi bir çox qüsur əngəllənib. Full HD 1080p həssaslıqda yüksək keyfiyyətdə videolar çəkərkən manual idarələr edə bilməyə imkan tanıyan EOS 5D Mark III, video çəkilişini çox kefli hala gətirir. Video rejim düyməsinin qeyd düyməsi ilə birləşdirilməsi istifadə asanlığı təmin edir.

Yüksək Sürətli Davamlı Çəkiliş

Canon dijital kameralarda performans bacarığını 5D Mark III ilə yaxşıca artırır. 22.3 megapiksel CMOS sensoru və DIGIC 5 + görüntü prosessorunun qabiliyyətlərini (DIGIC 4’ə görə 17 qat daha sürətli əməliyyat edir) EOS 5D Mark 3 də birləşdirir. Bu kombinasiya ilə EOS 5D Mark III 6 kadr/saniyə sürətlə fotoşəkil çəkə bilir. Sürətləndirilmiş deklanşör və güzgü sistemi ilə tutulan görüntüləri UDMA və SD kartlara sürətli bir şəkildə qeyd edir. Siz yalnız deklanşörə basın o sizin üçün hər anı ölümsüzləşdirsən.

Maqnezium Gövdə, Toz və Su İzolyasiyası

Professionalların tələbləri ilə dünyaya salam deyən Canon EOS 5D Mark 3, ən pis şəraitlərdə belə hər vaxt ən yüksək performansı təqdim edə bilir. Yüksək müqavimətə sahib maqneziumdan istehsal olunan gövdə, əllərinizə tam uyğunlaşma göstərəcək bir dizaynla inkişaf etdirilmiş. Barmaqlarınızla asanlıqla qavraya bildiyiniz 5D Mark III əllərinizin daha az yorulmasını təmin edir. Beləliklə yorulmadan daha uzun müddətlərdə çəkiliş edə bilirsiniz. Yenidən dizayn edilmiş pərdə mexanizmində carbon fiber matreal seçilmiş. Beləliklə pərdə mexanizmi daha yüngül və daha dayanıqlı bir quruluşa sahib olur.

Dayanıqlılıqdan bəhs etmişkən; yeni pərdə sistemiylə Canon 5D Mark 3,6 kadr/saniyə sürətindən güzəşt vermədən 150 min çəkiliş edə bilir. Əlaqə nöqtələri və xarici mühitə açıq hər nöqtəsində tam su və toz izolyasiyası təqdim edir istifadəçilərinə. Buna görə pis hava şəraitlərində belə istifadəçisinə tam performans təqdim edən EOS 5D Mark 3 üstünlüyünü, dayanıqlılığını sübut edir.

EOS 5D Mark III’ün ekranı 3.2 düymlük TFT LCD ekrandır. Böyük ölçülü ekranı ilə çəkdiyiniz fotoşəkillərə baxmaq, canlı ön izləmə rejimində fotoşəkil video çəkmək isə ayrı bir kef halına gəlir. Əks olunmaların minimuma endiyi bu ekran, parlaq və kəskin görüntülər təqdim edən Clear View II texnologiyasına malikdir.

Canlı ön izləmə rejimində çəkiliş edərkən istifadə edə biləcəyiniz bələdçi xətlər ilə ekranınızı 9 və ya 24 parçaya bölə bilərsiniz. Bu xətlər bələdçiliyində kadrınız daha doğru və daha düz hala gətirmək daha da asanlaşır.

Kadrınızın əyriliyini düzəltmək üçün EOS 5D Mark III daxilində elektronik su tərəzisi saxlayır. Bu tərəzi ilə fotoaparatınızın düz mövqedə olub olmadığını rahatlıqla anlaya bilər, üfüq xəttinin düz olduğu mənzərə fotoşəkilləri çəkə bilərsiniz.

HDR (High Dynamic Range)

HDR rejimi ilə EOS 5D Mark 3, 3 fərqli pozlamadakı (exposure) görüntünü birləşdirərək parlaq və qaranlıq bölgələrin də tək bir görüntüdə təbii ton aralağında görüşməsini təmin edir. 5 fərqli efekt nizamıyla ±3 stop aralığında nizamlana bilən HDR rejimi ilə sizləri belə çaşdıracaq fotoşəkilləri yenidən meydana gətirə bilərsiniz. Əldə etdiyiniz nəticə görüntüsündə çox parlaq və çox qaranlıq bölgələr doğru pozalama (exposure) dəyəri ilə fotoşəkildə yerini alacaqdır. Sağda sxematizə edilmiş HDR rejimində altdakı görüntü kimi görüntülər əldə edə biləcəksiniz.

Çoxlu pozalama(Exposure)

Analoq fotoaparatlarından gələn Çoxlu Pozalama(exposure) xüsusiyyəti Canon 5D Mark III istifadəçiləriylə görüşür. Əlavə etməli, Ortalama, Tünd və Parlaq olmaq üzrə 4 fərqli nizam variantı ilə istifadəçilər çoxlu pozalama(exposure) edə bilir. 9 ədəd fotoşəkili tək fotoşəkildə görüşdürə bildiyiniz bu xüsusiyyət ilə çəkdiyiniz fotoşəkili RAW formatında yaza bilirsiniz.

Tərcümə: Nail Əhmədov

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Canon

To Top