Connect with us

Canon EF 50mm F/1.4 USM

Canon EF 50mm

Canon

Canon EF 50mm F/1.4 USM

Canon DSLR sahiblərinin kit linzanın xaricində birinci növbədə ləvazimatlarına əlavə etmək istədikləri linzalardan biri də bildiyiniz kimi Canon 50mm 1.8 linzadır. 1.8 linzanın keyfiyyətli işlər bacarması bunun ən böyük üstünlüyüdür.

Həqiqətən Cann 50mm 1.8 ilə çox gözəl fotolar əldə edildiyinə şahidəm. Bu uğurun nəticəsi olaraq Canon bu linzanı inkişaf etdirərək diafraqma dəyərini f/1.4 ə endirib və USM motor əlavə etmişdir. Beləliklə Canon EF 50mm F/1.4 USM ortaya çıxmışdır.

Fotoqraf; Ellen Simone — Canon EOS 5D Mark III + Canon EF 50mm f/1.4 USM Linza

Fotoqraf; Ellen Simone — Canon EOS 5D Mark III + Canon EF 50mm f/1.4 USM Linza

Portret fotoları çəkirsinizsə və qapalı yerlərdə flaşsız çəkiliş etmək istəyirsinizsə Canon EF 50mm f/1.4 USM həqiqətən gözəl işlər çıxardır. Arxa planı bulanıqlaşdırma və sürətli fokuslamada çox uğurludur. Canon EF 50mm f/1.4 USM üçün ilk deyə biləcəyim şey verdiyiniz pula sonuna qədər layiq bir linzadır. Canon bu linzada gauss tipi optik sistem və yüksək səviyyədə işıq qırılmasına kömək edən iki linza elementindən istifadə etmişdir. Diafraqma dəyərini f/1.4ə qədər belə tənzimləsəniz belə hər sahədə fotonu çəkən insanın canlı və dəqiq görüntülər əldə etməsini təmin edir. Həmçinin Canonun bu linzada istifadə etdiyi Super Spectra örtüklər nəticəsində linza düzgün rəng tarazlığını saxlayır və kontrastı artırır.  Bu xüsusiyyət həm də parıltını və kölgələnməni azaldır.

Canon EF 50mm f/1.4 USM-5D Mark III-Fotoqraf: NG8JGFX

Canon EF 50mm f/1.4 USM-5D Mark III-Fotoqraf: NG8JGFX

Uğurlu bokeh təsiri bəxş edən Canon EF 50mm f/1.4 USMnin demək olar ki, dairəvi olan diafraqma açıqlığı fokslanmayan yerlərdə daha yumuşaq və bərabər his qazandırır. Qüsursuz bulanıqlaşdırılmış arxa planın qabağındakı kəskin obyekti daha çox önə çəkir. Bu linzanın digər əhəmiyyətli bir xüsusiyyəti də USM olmağıdır. Bunun nəticəsində inanılmaz sürətli və səssiz fokuslama edə bilir. Həmçinin tam zamanlı manuel kilitləmə xüsusiyyətinə görə AF modundan çıxmadan fokuslama tənzimlənə bilir. Linza, mənzərə və portret növü fotolar üçün sevərək istifadə edə biləcəyiniz bir linzadır. Qiymətinə gəldikdə ————-

Çox yönümlü və görüntü keyfiyyəti mükəmməl birləşməsi, kompakt, yüksək performanslı EF 50mm f/1.4 USM standart linza, sürətli maksimim diafraqma açıqlığı və sürətli fokuslama sistemi nəticəsində fotoqraflığın hər növündə möhtəşəm performans ortaya qoyur.

Картинки по запросу Canon EF 50mm f/1.4 USM

Ətraflı Xüsusiyyətlər

  • Sürətli f/1,4 diafraqma açıqlığı
  • Standart 46° baxış bucağı
  • USM fokuslama motoru və tam zamanlı manuel fokus kilidi
  • 45 cm’lik ən qısa dəqiqləmə məsafəsi
  • Dairəvi linza elementi
  • 58 mm filtr ölçüsü

 

Çox istiqamətli, kompakt standart linza dizaynı

Gauss növü optik sistem və yüksək səviyyədə işıq qırılmasını təmin edən iki linza elementi, f/1.4 kimi açıqlıqda belə hər sahədən fotoqrafın canlə və dəqiq görüntülər çəkməyinə kömək edir. Linza mənzərə və səyahət sahələrindən əlavə portret və müsahibə fotoları çəkmək üçün də idealdır.

Ultrasonik fokuslama

Ultrasonik bir motor, son səviyyədə sürətli və demək olar ki səssiz bir formada avtomatik fokuslamaya keçir. Möhtəşəm bir formada gözləyən dönmə moment nəticəsində, hədəfi itirmədən düzgün bir formada fokuslama nöqtəsinə çatır. Həmçinin tam zamanlı  manuel kilitləmə xüsusiyyətinə sahibdir. Beləliklə AF modundan çıxmayaraq fokuslama tənzimlənə bilər.

Qüsuruz arxa plan bulanıqlığı

Diafraqma açıqlığı demək olar ki, dairəvi olan diafraqma fokus edilməyən yerlərə daha yumuşaq və bərabət bir hiss qazandırır. Qüsursuz bulanıqlaşdırılmış arxa planın qabağındaki kəskin şeylər qabağa çıxır.

Картинки по запросу Canon EF 50mm f/1.4 USM

Süper Spectra Örtük

Super Spectra örtüklər nəticəsində linza düzgün rəng tarazlığını saxlayır və kontrastı artırır. Foto aparatın sensorundan çıxan işığın təsir etdiyi ortaq bir problem olan parıltını və kölgələnməni də azaldır. 

Texniki Xüsusiyyətlər  

Model: Canon EF 50mm f/1.4 USM

USM: Ultrasonik Motor mənasını daşıyır. Avtomatik fokuslama (autofocus) səssiz və sürətli formada aparılır Linzanın qabaq bölməsindəki qızıl rəngində kəsikli cizgilər arasında “Ultrasonic” yazısını görə bilərsiniz.

EF: Elektronik fokuslama (Electrofocus) mənasındadır. Canon’un bütün DSLR aparatlarına uyğundur.

AF motor: USM

Ən yaxın fokuslama məsafəsi: 45cm

Fokuslama uzaqlığı: 50mm

Maksimum Diafraqma: f/1.4

Minimum Diyafram: f/22

Diafraqma Bıçaqları: 8 adet

Ölçüləri: 73.8mm X 50.5mm

Parasoley: ES-71 II Parasoley

Filtr əhatəsi: 58mm

Ağırlığı: 290 gr

 

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Canon

To Top