Connect with us

Canon dünyaya səs salacaq – Barmaq izi ilə işləyən fotoaparatlar gəlir

fotografium-61

Fotoxəbər

Canon dünyaya səs salacaq – Barmaq izi ilə işləyən fotoaparatlar gəlir

Canon 30 yanvar 2018-ci ildə yeni bir patent elan edib.

Fotoqraflar.com xəbər verir ki, sektorun gələcəyi üçün maraqlı görünən bu patentin mövzusu fotoşəkil maşınları və linzalara inteqrasiya ediləcək olan barmaq izi sensorudur.

Bildiyimiz kimi Canon, xüsusilə texnoloji yenilik baxımından Sony-nin arxasındadır. Tənqidçilərin mərkəzində olan şirkət, inqilabi bir innovasiya etmək niyyətindədir. Kamera və lenslerini ağıllı telefonlardakı kimi barmaq izi sensorları yerləşdirməyi düşünən firma, həm avadanlıq oğurluqlarının qarşısını almaq, həm də fotoaparatı daha funksional bir hala gətirməyə çalışır.

Bildiyiniz kimi, son illərdə avadanlıqların oğurluqları əhəmiyyətli dərəcədə artıb. Fotoqraflar və videoqraflar gözlərini xüsusilə çəkiliş zamanı avadanlıqdan ayıra bilmirlər. Bununla birlikdə kənar birinin fotoaparatı açmasının, içindən foto, video köçürməsi, ya da silməsinin qarşısında heç bir maneə yoxdur. Sektordakı bu boşluğu görən Canon rəqiblərindən erkən davranaraq barmaq izi sensorlarının patentini alıb. Kameranı daha fərdi və daha təhlükəsiz edən bu texnologiya, digər funksiyaları da gətirir.

canon-camera-1-400x156@2x

Bizim smartfonlarımız olduğu kimi, bu barmaq oxucuları da müxtəlif funksiyaları yerləşdirə bilər. Məsələn; Bu sistem sayəsində əlavə cihazlara ehtiyac olmadan bir neçə aparatı eyni ayara gətirmək olacaq deyə iddialar var.

Bu barmaq izi oxucuları yalnız kamera deyil, həm də qapağın üstündə və kənarında olacaq. Bu da qısa yol düymələri kimi sensorlar istifadə edə biləcəyimiz deməkdir.

canon-parmak-izi-teknolojisiyle-fotograf-makinlerine-yeni-bir-soluk-getirebilir-mi-2

Bu sistemə alışmaq bir az çətin olacaq. Amma fotoqrafların çox işinə yarayacaq. Nəzərə alsaq ki, oğurluqlar artıb, bir neçə min dollar itirməkdənsə bir az çətinlik yaşamaq daha yaxşıdır 🙂

Sistem növbəti ildən istifadəyə veriləcək.

Daha çox - Fotoxəbər

To Top