Connect with us

“Canon”-dan yeni əjdaha! Canon EOS R Full Frame xüsusiyyətləri

Canon-EOS-R (2)

Reviews

“Canon”-dan yeni əjdaha! Canon EOS R Full Frame xüsusiyyətləri

Canon uzun zamandır gözlənilən təqdimatı həyata keçirib və ilk full frame güzgüsüz (full frame mirrorless) sistemi olan EOS R’i istifadəçilərə təqdim etdi.EOS R güzgüsüz fotoaparat ilə bərabər bu modelin istifadə edəcəyi yeni RF obyektiv bayonet sisteminin də təqdimatı keçirilib. Canon’un EOS R full frame güzgüsüz sistemi üçün 4 yeni RF obyektiv fotoaparat ilə birlikdə istifadəçilərə təqdim edildi. Bu obyektivlər sırası ilə Canon RF 28-70 mm F2L USM, RF 50mm F1.2L USM, RF 35mm F1.8 Macro IS STM ve RF 24-105mm F4L IS USM.Ümumi istifadədə 24-105mm fokus məsafəsində müxtəlif zoom və prime variantları ilə təqdim olunan bu yeni RF obyektivlər, ilk mərhələdə fotoqrafların bir çox ehtiyacını ödəyəcək kimi görünür. Yenə də EOS R ilə əlindəki EF obyektivləri istifadə etmək istəyən Canon DSLR istifadəçiləri üçün “EF-RF” adapteri təqdim olundu. Bu sayədə Canon istifadəçiləri mövcud EF / EF-S obyektivləri EOS R güzgüsüz fotoaparat ilə istifadə edə biləcəklər.
Canon EOS R xüsusiyyətləri

Canon-EOS-R (2)

Yeni RF obyektiv bayonet sistemi

· 30.3 Meqapiksel Full Frame CMOS sensor

· Dual Pixel CMOS AF

· 5655 AF nöqtəsi

· Digic 8 görüntü prosessoru

· 100 – 40,000 ISO aralığı 50 – 102,400’ə genişləndirilə bilər

· Saniyədə 8 kadra ardıcıl çəkiliş sürəti

· 4K UHD 30fps 480Mbps

· OLED rəqəmsal gözlük

· UHS-I uyğun tək SD yaddaş kartı yuvası

· 660qr ağırlıq (batareya və yaddaş kartı ilə)

· LP-E6N batareya

· CIPA standartlarında 350 çəkiliş edə bilən batareya ömrü
Digər tərəfdən Canon EOS R xüsusiyyətləri detallarında bəzi diqqət çəkən çatışmazlıqlar da mövcuddur. Bunların başında isə gövdədə görüntü stabilizasiya xüsusiyyətinin (IBIS) və cüt yaddaş kart yuvasının olmamasını saymaq olar.

Canon-EOS-R (3)

Canon EOS R satış qiyməti

 

Canon EOS R satış qiyməti yalnız gövdə üçün 2300$ dollar olaraq müəyyən edilmiş. Əgər EOS R tam kadr güzgüsüz fotoaparatı RF 24-105mm F4L IS USM kit obyektiv ilə birlikdə almaq istəsəniz qiyməti 3400$ dollar səviyyəsinə çatır.
Canon-EOS-R (1)
Canon EOS R – video link

https://www.youtube.com/watch?v=4_5YIbseUAI

Ardını oxu
Bunlara da bax

Daha çox - Reviews

To Top