Connect with us

Canon 7D Mark II detallı test və incələmə

Canon 7D Mark II detallı test və incələmə

Canon

Canon 7D Mark II detallı test və incələmə

Canon 7D Mark II-nin çıxmağı 5 il çəkdi. Canon 7D 2009-cu ildə diqqətimizi çəkmişdi.

Tək xanalı olub Full Frame olmayan ilk Canon idi. Möhtəşəm sürətli netləmə və ardıcıl çəkim xüsusiyyəti ilə tanımışdıq Canon 7D-ni.

Günümüzdə isə Canon 7D-nin daha da inkişaf etdirilmiş modeli 7D  Mark II-dir.

Xüsusiyyətləri:

  • 20 MP Dual-Pixel AF CMOS Sensor
  • 10 fps ardıcıl çəkim
  • 65 AF nöqtəsi
  • 000 RGB +IR pixel ölçü sensör
  • Cüt Digic 6 prosessor
  • CF və SD kart slotu
  • USB 3.0
  • Daxili GPS
  • LP-E6N batareya
  • 1/8000

Canon, adətən, hər il bir yeni model çıxarırdı və əvvəlkindən o qədər də fərqlənmirdi. Amma bu dəfə 5 il olduğu üçün yepyeni bir kamera yaradıb.

Xüsusiyyətlər 7D MII (2014) 7D (2009)
Sensor 20.2 MP 18.0 MP
İSO 100-12800 satndart, 25600-ə qaldırıla bilər 100-6400 standart, 12800-ə qaldırıla bilər
Video 1080p/60/50/30
25/24   MP4 ya da MOVAII-I, IPB, IPB-lite
1080p MP4
AF nöqtəsi 65 19
AF iz Var Yoxdur
AF ilə canlı ön izləmə Sensorun üstündən Kontras bazalı
Spot ölçü Yoxdur Yoxdur
Maksimum çəkiliş sürəti 1/8000 1/8000
Flaş sinxronizasiya 1/250 1/250
Ekran 3.0”3:2

1.036.800

3.0” 4:3

920.000

Vizör 100% 100%
Ardıcıl çəkiliş 10fps 8fps
Buffer 1090 JPEG

31Ravv

130 JPEG

25 Ravv

Saxlama Compact flaş

SD/SDHC/SDXC

Compact flaş
Ağırlıq 910g 860g
Ölçü 149x112x78mm 148x111x74 mm
GPS Built-in yoxdur
Wi-fi Var yoxdur

Body fərqləri

Əvvəlcə, body keyfiyyəti eynidir, amma ələ oturmağı və qavranılmasında ciddi mənada fərq var. Daha rahat və bir keyfiyyət olmağı mövzumuzdur. Mənim bu xüsusiyyətdən xoşum gəldi.

Xüsusilə, arxa tərəfdəki düymə kombinasiyasında fərqliliklər var. Köhnə 7D istifadəçisi olaraq ilk 5 dəqiqəni çətinlik çəksəm də, öyrənmək çətin olmadı. Sağ üstdə olan joystik nöqtəsi daha istifadəsi asan və öyrənməyi praktik formaya gətirilib. Mod nöqtəsinin yeri dəyişdirilərək üstdə yer alan nöqtə ilə sabitlənərək səhvən də olsa dəyişdirilməsinin qarşısı alınıb. LCD ekrandakı “Q” düyməsinin yeri də dəyişdirilib. Bu düyməni də öyrəndikdən sonra geri qalan hər menyuya çatmağınız mümkündür.

Ana menyu və rənglər artıb və funksiyalar inkişaf etdirilib. Xüsusilə, AF ayarları üçün ayrı bir menyu və alt dağılımları mövcuddur. Bu formada AF performansınızı çəkilişinizə görə artırıb azalda bilərsiniz.

Ümumi olaraq yaxşılaşdırılmış bu model isdifadəçinin tam performans olaraq istifadəsi üçün dizayn edilmişdir.

Yeni-mini-USB-yeni batareya

Kameranı əlimə ilk aldığımda baxdım ki batareyası qurtarmaq üzrə idi. Öz 7D min şarj alətinə taxdığım zaman 7DM2-nin batareyasının şarj etmədiyini gördüm. Batareya deyişib və tutumu artıb. Amma 7D-nizi satıb ehtiyat m2 istifadə etmək şansınız yoxdur. Ağılınızda qalsın…

Digər dəyişiklik Usb-də var. 2009-cu ildə çıxan 7D də istifadə edilən Usb günümüzün mini USB bağlantıları kimi deyil. 7D də “oldschool” android telefonlarda istifadə edilən qalın uclu USB ikən 7DM2 də “nevvschool” android telefonlarda istifadə edilən incə uclu kabel ilə əlaqə təmin edilib.

Cüt kart slotu (CF və SD)

7DM2 ən bəyəndiyim xüsusiyyəti ən sonda “cüt kart slotu”un yerləşdirilməsi oldu. Misal üçün, CF içinə çəkdiyimiz videoları axtardığımız zaman SD-nin içinə fotolarınızı göndərə bilərsiniz. Sizə əlavə yer verirkən  əlavə olaraq etdiyiniz çəkilişlərin vacibliyinə görə CF və ya SD-yə göndərmək mövcuddur.

Wi-Fi  yoxdur

Bu mövzu üçün başlıq açmaq istədim çünki bir əvvəlki model olan 70D də Wi-Fi olduğu halda 7DM2 də olmamağı mənə qəribə gəldi. Əlbəttə, bu iki kameranın istifadə məqsədi çox fərqlidir. Amma bu xüsusiyyətin artıq standart halına gəlməyi qənaətindəyəm. Əlbəttə, 1D və başqa seriyalar üçün şərt deyil amma artıq yeni çıxacaq bütün modellərdə standart olsa əla olar.

əlavə olaraq dönən ekran xüsusiyyəti də yoxdur ancaq ,məncə, bu xüsusiyyət lazım deyil. Giriş səviyyəsi və bir üstdəki segment üçün lazım ola bilər. Lakin canonlar üçün dönən ekran şərtdir mi? Məncə, deyil.

AF iz

7Dm2-nin 7D-yə görə ən böyük fərqi , sözsüz ki, AF iz sisteminin olmağıdır. Xüsusilə, video çəkərkən manuel focus ilə əziyyət çəkənlər sırf bu xüsusiyyətinə görə M2-yə keçə bilərlər. Canonun video üçün çıxartdığı STM lens seriyası ilə kombin olaraq 7DM2 ilə AF iz etmək video ilə maraqlananları rahatlaşdıracaq bir xüsusiyyətdir. Canonun bu xüsisyyətini 2 il əvvəl başqa markalar çıxarmışdı. Canon bu işi bir az gecikdirib.

Çəkim sürəti

Xüsusilə, sürətli idman-təbiət və ya quş fotoqrafları üçün etdiyi ən böyük yenilikdə saniyədə çəkilən kadr sayının artması. Canon 7DM2 saniyədə 10 kadr çəkərək bir fotoqraf klişesı ilə desək:”hər anı ölümsüzləşdirir”

Bu xüsusiyyət ilə fasiləsiz 1.000 yazı ilə də 1000 ədəd JPEG foto çəkmək şansınız var. Bu xüsusiyyətin toy fotoqrafları üçün bülə böyük bir xüsusiyyət olduğunu düşünürəm.

AF nöqtələri

19-dan 65-ə çıxan AF nöqtəsi AF nöqtəsinə ehtiyacı olan istifadəçi üçün böyük rahatlıqdır. AF nöqtəsi sayı ilə Nikon hər daim Canondan öndə olduğu düşünülərsə 7DM2 ilə Canonun ağıllandığının göstəricisidir.

Çarpaz tipdə istifadə olunan AF nöqtələri əlavə olaraq 5 fərqli stildə seçilə bildiyi üçün çəkmək istədiyiniz mövzunu, obyekti və s. görə AF stilini müəyyən etmək şansına sahibsiniz.

İSO performansı

Məncə, bu kameranın İSO performansı daha “standart”a yaxın olub. Beləki, 7D-nin İso performansı çox da yaxşı  deyildi.

Sizlər üçün bol İSO-lu şəkilləri paylaşıram. Məncə, 6400-12800 İSO aralığına qədər rahatca istifadə edə bilərsiniz.

Netləmə sürəti7DM2-ni test üçün aldığım zaman yaımda lens olaraq Canon 50mm f:1.8 lens var idi. Bu lensi seçməyimin səbəbi sürətli netləməsi ilə təriflənən kameranın daha pis netləmə sürəti olan bir lens ilə nələr edədə biləcəyini göstərmək idi.

Əldə etdiyim nəticə çox yaxşı oldu. Aparatı Canon fix 600 mm F4.5-lə yoxladım və çox məmnun qaldım. Sürət öz sözünü dedi. Canon AF sistemini ciddi mənada yaxşılaşdırıb. 7D-yi satıb m2 almaq üçün bir daha səbəb…

19451702_893187564154882_1298899452_o

Ümumi qiymətləndirmə

7D-dən  dəflərlə üstün xüsusiyyəti olması, video AF iz sistemi, cüt kart slotu və ələ alındığı zaman  daha güvənli olan ergonomisi ilə 7DM2 , xüsusilə, sürətli foto çəkməyi sevən və video ilə maraqlanan insanlara xitab edir.

Əgər 40D-50D-60D istifadəçisisinizsə 7DM2-yə keçməyiniz çox şeyi dəyişdirəcək. 70D istifadəçisisinizsə və video+sürətə ehtiyacınız varsa bunu seçə bilərsiniz.

 Əgər 5DM2 istifadəçisisinizsə FF-dən fəraqət edim və yaxşı vide ilə sürətli foto çəkim deyirsinizsə 7DM2 seçməlisiniz.

6D ilə arasında ciddi texnologiya fərqi var və 6D-nin FF olmağından başqa bir avantajı hal hazırda yoxdur. Qiymət olaraq da 7DM2-nin daha alına biləcək olduğunun unutmayın.

5DM3 ilə müqayisə etmək səhv olar çünki hər iki kameranın istifadə yerləri çox fərqlidir. 5DM3-nüz var və foto və videodan pul qazanırsınız ikinci body olaraq 7DM2 ideal.  

 

 

Daha çox - Canon

To Top