Connect with us

Canon 6D – İncələmə

canon 6D - manset

İncələmə

Canon 6D – İncələmə

Canon DSLR fotoaparatları içərisində ən çox seçilən full frame gövdələyə malik EOS 6D, cəlbedici İSO bacarığı və sair funksional ilə bütün dünyanın diqqətini cəlb edib.
Şəkillərdəki dəqiqliyi yaxından incələdikdə onun bir “canavar” olduğunu anlayırsınız. 6D daxili wifi və gprs funksiyalarından savayı 11 nöqtəli cross-type Avto-fokus sisteminə sahibdir.
HDR və multiekspozisiya sizin aparatı daha yüksək dinamik diapozonda, fərqli rejimlərdə istifadə etmək bacarığı təqdim edir. Canon 6D-nin əsas özəlliyi yüksək işiqa həssaslığın olmasıdır.
50-102400 İSO aralığında dəyişməsi sizə istənilən səhnələri əlçatan edir. DİGİC 5+ prosessorun işini artıqlaması ilə gördüyünü əminliklə deyə bilərik. Saniyədə 4.5 dəfə Raw+JPG bacarığı onun lazımı sürətli olduğuna dəlil edir. Daha yüksək nəticələr istəyənlərin seçimi aydındır. 5D Mark İİİ və 7D buna misal ola bilər.
20.2 Meqapiksellik keyfiyət istər həvəskar istərsədə professional fotoqraflar üçün lazımi ölçü və incəlikdə şəkil çəkməyinizə bəs edər. Full HD formatında çəkilən videolar daha yuxarı səviyyəli fotoaparatlardan heç də geri qalmadığının şahidi oluruq.
3 düym ölçüsündə olan LCD ekran son nəticəni yaxşı görmək üçün piksellərin sayı 1040k çatır. Gövdəsi sərt plastikdən olsa da, istifadəçiyə heç bir sıxıntı yaşadmır. Rahat əl tutumu və kauçuk birləşməsində mükəmməl məhsul. Şəkil axtarımındam savayı uzaqdan idarə imkanı verən daxili wifi ilə canon 6d öz sinifinin liderliyini heç kimə vermir.

Daha çox - İncələmə

To Top