Connect with us

Canon 5D Mark IV vs Canon 5D Mark III – İncələmə

Canon-5D-Mark-IV-vs-Canon-5D-Mark-III

Canon

Canon 5D Mark IV vs Canon 5D Mark III – İncələmə

Canon 5D Mark IV xüsusiyyətləri və qiyməti etibarilə bazar çıxdığından bu yana onunla maraqlanan çox oldu.

Buna səbəb isə aparatın özünün kiçik qardaşı olan 5D mark III-dən hansı üstünlüklərə sahib olmasını öyrənməkdir. Çünki 5D mark III ən çox istifadə edilən Canon aparatıdır. Bu səbəbdən bu iki aparatı müqayisə etməyə qərar verdik.

Başlayaq: 

Mark IV professional istifadənin gətirdiyi bütün çətinliklərə dayanabilmesi üçün maqnezium tərkibdən ibarət bir dizayna sahibdir. Bu sayədə pis hava şərtlərində, hətta yağışda belə sizi yarı yolda buraxmaz. (Amma siz yenə də onu suyta falan atmayın)

canon-5d-iv-iii-compare-6

Çəkisi

Gövdələri əlinizə aldığınızda isə gerçək bir dəyişmə hiss edirsiniz. Canon 5D Mark III 950 qram ağırlığındadır, xələfi Canon 5D Mark IV 150 qram daha yüngül, yəni 800 qramdır.

canon-5d-mark-iv-fiyat

Piksel

Burada Mark IV-ün açıq-aşkar üstünlüyü var. 5D Mark III-də 22.3 MP olan rəqəmi 5D Mark IV-də 30.4 MP səviyyəsinə çıxarıb.

canon-5d-mark-iv-sensor

Prosessor

Mark IV DIGIC 6+ görünüş prosessoruna sahibdir. Bu yenilik Mark III-dəki DIGIC 5+ prosessora nisbətlə daha sürətli və güclü performans mənasını verir. Böyük faylları və 4K videoyu saxlamaq DIGIC 6+ üçün uşaq işidir.

canon-5d-mark-iv-lens

Mark IV-dəEF Mount lens girişi var. Bu da daha əvvəlki nəsil lensləri istifadə etmə özəlliyi verir.

canon-5d-mark-iv-sensor

Avtosoks

Hər iki aparat 61 AF nöqtəsinə sahibdir. Ancaq Mark IV-də əlavə olaraq 41 ədəd Cross-Type, 5 ədəd də Double Cross-Type AF nöqtəsi də var. Cross-Type AF nöqtələri aşağı işıqda daha yaxşı fiksasiya etməmizi təmin edir. Double Cross-Type isə bu texnologiyanın daha inkişaf etmiş halıdır.

Sürət

Bu qədər yeniliyə baxmayaraq fps məsələsində Canon simiclik edib. Mark IV-də fps 7-dir. Mark 3-də isə bu 6 idi. Yəqin 1Dx mark II-yə yeni rəqib istəmirlər.

canon-5d-mark-iv-fps

ISO Həssaslığı

Rəqəmlərlə özünü açıqlayır əslində. Mark III’te 25,600 olan əsas ISO dəyəri 32,000 səviyyəsinə çıxarılmış. Bu daha aşağı yüngül çekim edə biləcəyimiz anlamına gəlir. Şəxsi təcrübəmi 12,800 ISO dəyərində noise olmadığı istiqamətində.

canon-5d-mark-iv-iso

4K Video

Videoqrafların gözlədiyi inkişaf; Mark IV 30/25 və 24 kadr 4K video qeydi edə bilir. Mark III-də isə bu Full HD-dən yuxarı deyil. Qeyd edim ki, Mark Iv 4K video çəkərkən 1.74 cropa məruz qalır.

canon-5d-mark-iv-hd-video

Sensorlu Ekran

Sözlərimə Mark IV-ün toxunmlı ekrana sahib olduğunu söyləyərək başlamaq istəyirəm. Çünki Mark III toxunmalı deyildi və yeni nəsil kameralar üçün sensor ekran olmazsa olmazlardan biri oldu. Təbii ki, bu da istəyə görə dəyişir. Mark 4-də sensor sayəsində menyunu idarə edib, fotoları zoomlayıb, sağa-sola hərəkət etdirə bilərsiniz. Canon 6D mark 2-dən fərqli olaraq bu sensor fokslamaq üçün deyil.

Çəkim formatı

İki kamera da JPEG və RAW formatında foto qeyd edə bilir. Mark IV-ün istifadəçilərinə hədiyyəsi olan Dual Piksel RAW texnologiyası sayəsində görünüş üzərində mikro nizamlamalar edib, “zerno” təmizliyi və kölgələnməni azaltmaq olur.

canon-5d-mark-iv-kayıt-formatı

 

Kart girişi

Burada heç bir dəyişiklik yoxdur. Hər iki aparat CF və SD kartdı dəstəkləyir.

canon-5d-mark-iv-sd-card

Wi-Fi

Burada mark 4 qalib gəlir. Çünki Canon 6D-də olduğu kimi, bu gözəlçədə də Wi-Fi var. Onun sayəsində fotolarınızı dərhal cihazınıza göndərə bilərsiniz.

 

Batareya Ömrü

Nəhayət Mark III burada üstündür. 1 batareya ilə mark III 950, mark 4 isə 900 foto çəkə bilir.

canon-5d-mark-iv-batarya

Qiymət

Canon 5D Mark IV qiyməti bir az bahadır. Göstəricisinə görə, bu qiymət bir az çoxdur. Çünki 3 min dollar qiyməti var 🙂

Comments

comments

Ardını oxu

Daha çox - Canon

To Top