Connect with us

Canon 5D Mark IV-ü test etdik

Canon 5D Mark IV-ü test etdik

Canon

Canon 5D Mark IV-ü test etdik

Canon şirkətinin son zamanlarda bazara çıxardığı modellərdən biri olan Canon 5D mark 4-ü test etdik.

İlk oalraq onu deyim ki, aparatda yeni özəlliklər çoxdur, amma mükəmməl deyil. Saniyədə 7 kadr çəkməsi pis göstərici olmasa da, Canon 7D mark 2-yə belə çata bilmir.

Amma buna baxmayaraq adının haqqını verməyi də bacarır. Canon 5D mark 4-ü Formula 1 zamanı test etdik. Aparatı Canon 16:35 mm F4, Canon fix 300 mm F2.8, Canon 24:105 mm F4, Canon 100-400 mm F4.5-5.6 kimi lenslərlə yoxladıq.

Testlər zamanı pis nəticə göstərmədi.  5D Mark IV-də 30.4 MP-ə sahibdir. Bu da onun əsas üstünlüklərindən biridir. Aparatın Wi-Fi özəlliyi bizə fotoları dərhal göndərməyə şərait yaratdı. 61 AF nöqtəsinə sahib olması da işimizi asanlaşdırdı.

Sensor ekran çəkdiyimiz fotoları dərhal incələməyə şərait yaratdı. Apartda sevmədiyim menyunun iki düymə ilə idarə edilməsidir. Canon 7D modellərində də buna üstünlük verib. Mən şəxsən bunu sevmirəm. Təbii ki, bu da istəyə görə dəyişir.

Açığı deyim ki, mən aparatı bəyəndim. Amma ona 3 min dollar verərəmmi? Xeyr. 2.200 olsa almaq olar 🙂

Daha çox - Canon

To Top