Connect with us

Bütün dünyada istifadə edilən dronlar Azərbaycanda niyə qadağan edilib? – FOTOLAR

drone

Fotoxəbər

Bütün dünyada istifadə edilən dronlar Azərbaycanda niyə qadağan edilib? – FOTOLAR

Müasir dövrdə texnologiya hər gün inkişaf edir. Yeni texnologiyalar nələrinsə insan üçün rahatlaşmasına xidmət edir.

Məsələn, bütün ölkələrdə hava çəkilişləri üçün istifadə edilən dronlar… Bu dronlar, yəni uçan aparatlar vasitəsi ilə əsasən kliplər, şəhər görüntüləri, filmlər və digər çəkilişlər edilir.

Drone, İngilis dilində erkək arı mənasını ifadə etsə də, günümüzdə insansız hava vasitələri mənasında istifadə edilir. Tarixinə nəzər salsaq görərik ki, dronlar ən çox hərbi sahədə istifadə edilir. Günümüzdə əsasən iki fərqli Drone tipi var: Bunlardan biri uzaqdan pultla idarə edilə bilən, digəri isə bəlli bir məsafəyə çıxıb, şarjı çatdığı müddət ərzində havada çəkim edə bilən ARDrone və DJIPhantom kimi məhsullardır.

Bir digəri də gələcəkdə internetin olmadığı bölgələrdə internetə girişi təmin etməsi üçün nəzərdə tutulan və davamlı havada olacaq cihazdır. Mark Zuckerbergin “Internet.org” layihəsində də bu tip dronlarla internet olmayan bölgələri internetlə təmin etmək hədəflənir.

Əsasən istifadə olunduğu sahələr:

Jurnalistika və Media

Dronlar hazırda professional kameralarla belə çəkilməsi çətin olan görüntüləri bəlli bir müddət ərzində qeyd edib, şəkil çəkə bildiyi üçün jurnalistlərin və media mənsublarının işini asanlaşdırır. Beynəlxalq yarışlarda, futbol matçlarında dronlardan yetərincə istifadə edilir. Hətta ölkəmizdə keçirilən Avropa Oyunları zamanı da dronlar köməyə çatıb. Dronlar Azərbaycanda toyların çəkilişlərində də istifadə edilə bilər. Təbii ki, qadağalar olmasaydı. Qadağalar haqqında bir az sonra…

drone ile ilgili görsel sonucu

Səyahət

Dronlar yerdən təxminən 6 metr yüksəkliyə qədər sabit uçuş modunda uçub, 50 metr yüksəkliyə qədər çıxa bildiyi üçün şəhərlərin quş baxışı görüntüləri bu aparat sayəsində çox rahat çəkilə bilər. Hətta bu tərz videoların bir arada olduğu “travelbydrone” adında bir platforma da mövcuddur. Bu saytda təxminən 2500 şəhərin təqdimat videosu var. Getmək istədiyiniz şəhərə qərar vermədən öncə dronla çəkilmiş videosuna da bu saytdan baxa bilərsiniz.

İlgili resim

Marketing və Reklam

Çox böyük büdcəsi olmayan, amma yenə də reklam videolarını çəkmək istəyən şirkətlər üçün dron tam olaraq lazım olan vasitədir. Kafelər, restoranlar, ya da otellər bu aparat sayəsində məkanları haqqında məlumat verə biləcək bir videonu rahatlıqla çəkə bilirlər. Hətta əmlak firmaları da evlərin reklam videolarını çəkib, lazımi şəxslərə göndərə bilir. Dronlara plakat bağlayıb, reklam etmək də mümkündür.




Dron texnologiyaları günümüzdə “Amazon” şirkətində yük daşınmasında istifadə edilir. İdman növlərində məşhur telekanallar yuxarıdan çəkiliş etmək üçün dronlardan istifadə edirlər. Vaxtı ilə film çəkilişləri zamanı quş baxışı videolar hazırlamaq üçün helikopterlər lazım olurdu, indi isə bunu dronlar əvəz edir.

drone ile ilgili görsel sonucu

Azərbaycanda qadağa…

Azərbaycanda məsafədən idarə olunan uçan aparatların (dronların) əldə edilməsinə və istifadəsinə uzun müddətdir ki, məhdudiyyət qoyulub. Buna əməl etməyənlər üçün isə cinayət məsuliyyəti də müəyyən edilib. Bu «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» qanuna və Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.

Yuxarıda adı çəkilən qanunda dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısına məsafədən idarə edilən pilotsuz uçan aparatlar da əlavə edilib (siyahıda 18-ci olub). Başqa sözlə, qanunvericiliyə edilmiş əlavəyə əsasən, həmin aparatların əldə edilməsinə yalnız xüsusi icazə əsasında yol verilə bilər. Sözügedən aparatlarla bağlı xüsusi icazəni Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla) verir. Xüsusi icazə almış şəxs, aparatdan yalnız özü istifadə edə bilər, onu başqa şəxsə verə bilməz.

drone ile ilgili görsel sonucu

Uçan aparatlardan istifadə etməklə kiminsə şəxsi və ailə həyatının sirri olan məlumatların əldə edilməsinə, yayılmasına, satılmasına və qanunsuz toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilib. Bu hərəkətlərə yol vermiş şəxs 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər.

Qeyd edilən aparatların gömrük sərhəddindən keçirilməsi üçün xüsusi icazə təqdim edilməlidir, əks halda həmin aparatlar sərhəddən buraxılmayacaq. Gömrük Məcəlləsinin tələbinə əsasən, xüsusi icazə ilə əldə edilə bilən əşyaların siyahısı gömrük keçid məntəqəsinin hamıya yaxşı görünən yerində mütləq yerləşdirilməlidir ki, vətəndaş xaricdən bu cür əşya alıb gətirərəkən gömrükdə xoşagəlməz halla rastlaşmasın.

Görsel sonucu

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə 15 dekabr 2005-ci il tarixli, 230 nörməli qərarına əsasən məsafədən idarə edilən pilotsuz uçan aparatların ölkəyə idxalına və ixracına icazənin verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir.

Qeyd edək ki, dronlar bəzi Avropa ölkələrində də qadağan edilib. Məsələn, Fransada bəzi ərazilərdə dron istifadə etmək olmaz. İsveçdə isə dron istifadə etmək üçün xüsusi icazə alınmalıdır. Qonşu Türkiyədə də dron istifadəsi elə də asan deyil. Ölkənin bəzi bölgələrində dron qadağa edilib. (musavat.com)

Comments

comments

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top