Connect with us

Battery Grip nədir və nə işə yarayır? – Ucuz Gripi necə əldə etmək olar?

battery grip kollaj

Digər - incələmələr

Battery Grip nədir və nə işə yarayır? – Ucuz Gripi necə əldə etmək olar?

Nikon DSLR-lərimiz mövcud batareyaları ilə 500-850 kadr (modellərə görə dəyişir) arası çəkə bilirlər.

Aparatımızın video çəkmə xüsusiyyəti də varsa, cəmisi 2 saat video çəkə bilirik. Təbii ki, bu müddət batareyanın istifadə edildiyi vaxtdan da asılıdır. Köhnə batareyalarla 2 saat video çəkmək çətin məsələdir.

Əslində bu vaxtlar bizə bəzən bəs edir. Üzərimizdə əlavə batareya götürmüş olsaq, işimizi rahat görə bilərik. Bu batareyaları tək-tək taxmaq əvəzinə, təbii ki, Battery Gripdən istifadə etmək daha məntiqlidir.

Battery Grip Nədir?

Battery Grip, DSLR aparatımızın alt qismində ştativ bağlantı nöqtəsindən taxılan aksesuarlardan biri olub, məqsədi aparatlarımıza əlavə enerji ötürməkdir.

Картинки по запросу Battery Grip

Battery Gripler, aparatımıza almış olduğumuz əlavə batareyanı davamlı olaraq istifadəyə hazır saxlaması ilə yanaşı, içindəki AA batareya yeri sayəsində də işləyir və bu onun bəlkə də ən böyük üstünlüklərindən biridir.

Səyahətlər zamanı batareyaları yenidən doldurmaq çətin olduğu üçün yanınızda Grip və AA batareyalar götürməklə belə bir probleminiz olmaz.

Картинки по запросу Battery Grip

Battery Grip nə işə yarayır?

Battery Griplər aparatlarımıza əlavə enerji qaynağı yaratması ilə yanaşı istifadəsi asan ergonomik üstünlüklər də təmin etməkdədir. Battery Grip taxıldıqdan sonra aparatımızın ağırlığı artır və ölçüsü böyüyür. Beləcə aparatı daha rahat tutmaq olur və titrəməyi azaldır.

Похожее изображение

Aparatı yan çevirən zaman əlavə shutter düyməsi xüsusiyyəti ilə portret çəkimlərinizi daha rahat edəcəksiniz. Bununla yanaşı Griplərin üzərində işinizi asanlaşdıracaq düymələr də yer alır.

Bir çox istifadəçi yuxarıdakı xüsusiyyətləri və üstünlükləri xaricində sadəcə aparat qəşəng göründüyü üçün Gripdən istifadə edirlər.

Battery Griplərin mənfi cəhəti çəkisinin ağırlığıdır. Amma bu da peşəkar fotoqraf üçün problem olmalı şey deyil. Saatlarla üzərində 3-4 lens, 2-3 aparat gəzdirən fotoqraflar üçün bu ağırlıq gülünc gələr.

Картинки по запросу Battery Grip

Griplərin qiymətləri də müxtəlifdir. Orijinal Griplər 200-500 dollar arası dəyişir. Amma bəzi şirkətlər var ki, onlar həm keyfiyyətli Grip istehsal edirlər, həm də qiymət cəhətdən ucuzdur. Belə Griplər 40-70 dollar arası dəyişir.

Belə Gripi bizim də tövsiyyəmizlə bu linkdən ala bilərsiniz – 〈〈〈LİNK〉〉〉

məhsul

Daha çox - Digər - incələmələr

To Top