Connect with us

Azərbaycanlı fotoqraflar daha bir beynəlxalq foto müsabiqədə mükafatlar qazanıblar

Ramil

Fotoxəbər

Azərbaycanlı fotoqraflar daha bir beynəlxalq foto müsabiqədə mükafatlar qazanıblar

Azərbaycanda “Gilavar” Photo Club of Azerbaijan foto klubun təşkilatı dəstəyi ilə keçirilən daha bir beynəlxalq foto müsabiqəyə yekun vurulub.

Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinın (PSA) xüsusi icazə ilə keçirilən BAKU 2018 adlı foto müsabiqəyə 55 ölkədən 329 fotoqraf 5 min 741 foto təqdim edib. Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar, səhayət və təbiət mövzuları üzrə təqdim olunan fotolar 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Ümumilikdə beş nominasiya üzrə təqdim olunan 216 mükafata 50 ölkənin 164 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov və Nadejda Cavadova layiq görülüb. Müsabiqənin ən yaşxılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaqdır.

Qeyd edək ki, “Gilavar” Photo Club of Azerbaijan foto klubunun da iştirakı ilə 3 ölkədə – Azərbaycan, Makenoya və Montoneqroda Autumn 2018 adlı dairəvi beynəlxalq foto müsabiqə həyata keçirilir və bu müsabiqəyə oktyabr ayında yekun vurulacaq.

 

Daha çox - Fotoxəbər

To Top