Connect with us

Ayaqqabımın bir tayı yox idi – Daşkəsən mənim obyektivimdə

_MG_0342

Fotolar

Ayaqqabımın bir tayı yox idi – Daşkəsən mənim obyektivimdə

İdman və Gənclər nazirliyinin bu il ikincisini təşkil etmək istədiyi “Yaradıcılıq emalatxanası-2” düşərgəsinə müraciətlərin açıq elan olunduğunu eşidəndə çox sevinsəm də, nə yalan deyim, həm də çox pis olmuşdum.

Sözügedən layihənin ilkində iştirak edə bilmədiyim üçün (müsahibədən keçdiyim halda texniki səhvə görə son anda iştirakımı təsdiqləyə bilməmişdim) bu dəfə mütləq iştirak etməli idim. Ona görə də qeydiyyat linkinə daxil olub bütün sualları cavabladım və göndər düyməsinə basıb müraciətimi təsdiqlədim. Çox keçmədi müsahibəyə dəvət oldunduğum xəbərini alsam da, qarşımda bircə məsələ dağ boyda dayanırdı – müsahibəyə getmək.
Niyə təəccübləndiniz? Hə, axı sizə deməyi unutmuşam – iki həftə əvvəl Bakının məşhur istirahət mərkəzlərindən birində futbol oynayarkən aldığım xəsarətdən dolayı həkimin böyük məmnunluqla zəruri gördüyü gipslə çox səmimi olmaq qərarına gəlmişdim. “Şəkil çəkmək üçün fotoqrafın iki şeyə ehtiyacı var. Fotoaparat və bir cüt ayaqqabı. Mənim isə ayaqqabımın bir tayı yox idi”. Bir ayaqla gəzmək, xüsusilə müsahibəyə getmək çox ağır və çətin olsa da, ikinci dəfə yolu yarısından geri qayıtmaq fikrim yox idi. Ona görə də qəti qərar almışdım – getməli idim. Getdim də…

İki gün sonra iştirakçıların təəccüb dolu baxışlarının müşaəti ilə nazirliyin müsahibənin alındığı otağına daxil oldum. Ayağıma baxmayaraq bura niyə gəldiyimi xatırladım, müsahibi olduğum Mirnaib müəllimin (Azərbaycan Fotoqraflar birliyinin sədri) suallarını qətiyyətlə cavablayıb çıxdım.

Müsbət təəssürat oyatdığımdan əmin olub səfərə hazırlaşmağa başladım. Ağrı və axsaqlıqlara baxmayaraq artıq gipsi də çıxartmışdım. Vaxt-vədə yetişdi, nazirliyin qarşısından bir neçə avtobusla Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinə yola düşdük. On günlük təlimlərin fonunda Mirnaib müəllimdən bir çox şey öyrəndim və bunları praktiki təlimlər, düşərgədən kənar gəzintilər zamanı çəkdiyim fotolarda əks etdirməyə çalışdım. Aşağıda həmin fotolarla yaxından tanış ola bilərsiniz. Xoş izləmələr!
 

 

Daha çox - Fotolar

To Top