Connect with us

Axan suyun çəkilmə qaydası

Rootsi, September 2013 / Sweden, September 2013

Dərslər

Axan suyun çəkilmə qaydası

Axan bir suyun fotosunu çəkəndə ən vacib şeylərdən biri uzun fokuslama tarazlığıdır. Bunun xaricində aparatınızın manuel kontrola uyğun olması vacibdir.

Markası nə olursa olsun çoxu DSLR aparat bu xüsusiyyətə sahibdir. Ancaq deklanşör sürətini 30 saniyədən daha uzun müddət tutmanıza kömək edəcək aparatlarla işləməyiniz daha gözəl şəkillər çəkməyinizə kömək edəcəkdir. Ümumiyyətlə axan suyu çəkmək üçün estantene (Shutter speed) sürəti rəqəm olaraq mümkün qədər aşğı salınmalıdır. Əgər fotoda suyun damcılarını tutmaq istəyirsinizsə shutter speed maksimal olmalıdır. Yəni 1 kadrın çəkilmə saniyəsi qısa olmalıdır ki, pərdə daha tez müddət ərzində açılıb-qapansın. Yox, əgər siz suyun axmasını aşağıdakı kimi göstərmək istəyirinizsə, o zaman bu müddət uzanmalıdır. Shutter speedi sola doğru maksimum endirin.

Tam Çərçəvə – Kəsilmiş Çərçəvə

Şəkillərinizi tam çərçəvə halında çəkəndən sonra fokusladığınız yerləri edit proqramı və ya aparatın köməyi ilə kəsib çıxarmaq daha gözəl bir foto ortaya çıxartmağa kömək edir.

Kabeli Shutterə Uyğunlaşdırmaq

Aparatınızın kabelli shutterə uyuşmağı da vacibdir. Kabelli shutter uzun fokuslama vaxtı sizə görüntünün pozulaması məsələsində kömək edəcək. Sadə dildə desək, ya uzaqdan idarə pultu ilə, ya da kabelli idarəetmə ilə bu işi görməlisiniz. Çünki barmağınızı hər dəfə çəkim düyməsinə basanda aparatda xırda da olsa silkələnmə olur. Bu da kadrın pozulmasına, “ne-foks” olmasına səbəb olur. 

axan-su

Dəyişdirilən Linzalar

Çəkiliş apardığınız yerlər, ya da məsəfə fərqliliklər göstərə biləcəyi üçün kameranızın dəyişdirilə bilən linzaya uyğun olması şərtdir. Belə olduqda fərqli yerlərdə, fərqli linzalar istifadə edərək çəkilişlərini apara bilərsiniz. Yəni DSLR olmasa da olar. Əsas odur ki, lens dəyişdirmək mümkün olsun. 

Filtr Halqası

Uzun fokuslama vaxtı hava şəraitindən asılı olaraq müxtəlif filtrlər istifadə etməli olursunuz. Bu səbəbə görə də kameranızın filtrə uyğun olması da vacib bir məsələdir.

Tripod

Yuxarıda da qeyd etdiyim kimi, belə kadrların çəkilməsində pik nöqtə aparatın tərpənməməsidir. Bunun üçün ən ideal vasitə tripoddur. Tripodsuz işiniz çətin olacaq.

Comments

comments

Ardını oxu

Daha çox - Dərslər

To Top