Connect with us

Avtomatik netləmə (Autofocus-AF) nədir?

Avtomatik netləmə (Autofocus-AF) nədir

Dərslər

Avtomatik netləmə (Autofocus-AF) nədir?

Texnologiyanın həyatımıza girməsi ilə birlikdə artıq hər sahədə texnologiyadan istifadə etmək mümkün olur. Avtomatik netləmə texnologiyası da bunlardan biridir. Yaxşı, nədir bu avtomatik netləmə deyilən şey?

Avtomatik netləmə kameramızın ya da lensimizin üzərində olan hərəkət etdirilən kiçik halqadır ki, obyektləri net, dəqiq hala gətirir. Bunu edərkən də kameramızın üzərində olan mikromotorlar bir proqram sayəsində bu netləməyi edər. Kameranın çəkim düyməsinə yarımçıq basdığımız zaman kamera avtomatik netləmə edər.

Nə qədər qarışıq bir texnologiyaya sahib olsa da biz işin texnologiya hissəsinə girməyəcəyik. Maşın sürərkən bu maşın necə hazırlanıb deyə soruşmuruqsa, kameramızı da elə rahat istifadə edə bilərik.

Sadə dillə desək, uşaq vaxtı hamımız lupadan istifadə edərək kitab oxumağa çalışmışıq. Orada yazılanları oxumaq üçün nə edirdik? Lupanı aşağı-yuxarı hərəkət etdirirdik. Beləcə, kitabı rahatca oxuya bilirdik. Bax avtomatik netləmə də bu əməliyyatın texnologiya ilə edilməsidir.

Otomatik Netleme (Autofocus-AF) Nedir ?

Obyektivimizin içində bir lupa olduğunu və əlimizin də mikromator olduğunu düşünək. Bu mikromatorlar lens işçilərini hərəkət etdirərək netləməyi həyata keçirərlər. Düyməni yarımçıq basdığımız zaman ya dıdt səsi ya da işığın yanıb-sönməsi bizə netləmənin olduğunu bildirir. əl ilə edilən netləmələrdə isə bunu Icd ekranda və ya vizördən diqqətli baxaraq netləmə bileziyini çevirərək edərik.

Yaxşı, bəs netləmənin olduğuna necə qərar veririk? Yazının oxunur hala gəlməsinə qərar verən beynimizin yerinə kameraların üzərində olan proqram bizim üçün bunu edir. Bu texnologiyaya da netləmə deyilir.

Bu sistem bütünlüklə elektron olan kameralarda olur. Netlik çəkiləcək obyektivi vizörün ortasındakı mikroprizmada ən kəskin olana qədər avtomatik olaraq obyektivin hərəkətiylə və ən net hala gelincə obyektiv öz özünə dayanır. Yeni kameraların , demək olar ki, hamısında çoxlu netlik seçimi ayarı var. Sayı kameradan kameraya görə dəyişir. Qara xətli kiçik kvadratlardan biri netləşdirmək istənilən nöqtəyə gətirilərək seçildiyi zaman netlik avtomatik olaraq seçilmiş hissəni dəqiqləşdirir. əgər bu netlik kvadratlarından biri seçilməsə bütün kvadratlar avtomatik olaraq işləyər və  adətən, önə yaxın bölgələrdə netlik edər.

Inkişaf etdirilmiş kameralarda birdən çox netləmə proqramı var. Bu proqramları tanımağınız və yerində seçməyiniz çox önəmlidir. Kameraların üzərində ,adətən, One shot AF, AL Servo AF, Al Focus AF adı ilə göstərilir.

otomatiknetleme-2

Bəzi hallarda kameramız avtomatik netləmə etməz, bu hallar üçün kameramızda və lens üzərində avtomatik netləmə düyməsi vardır. Onu manual moda gətirərək netləməmizi lens üzərindən əl ilə etməyimiz mümkündür.

Kameralarda autofucus foto çəkməyi asanlaşdıran xüsusiyyətlərdən biridir. Foto üçün düzgün pozlama nə qədər önəmlidirsə düzgün fokuslama da o qədər önəmlidir. Çəkməyə çalışdığınız şeylə fokuslandığınız şeyin üst-üstə düşməsinə diqqət edin.

Diqqət nöqtəsi nədir?

Fokuslama sisteminin fokuslama edərkən istifadə etdiyi nöqtə  ya da hissədir. Çəkim ddüyməsinə yarım basdığımız zaman həm fokuslama edilir, həm də fokuslama edildiyi anda qırmızı şəkildə yanan nöqtələr bizə fokuslama edilən yeri ya da nöqtəni göstərir.

Hər DSLR bu fokus nöqtələrindən hansını isitfadə edəcəyinin qərarını istifadəçiyə həvalə edir.isitfadəçi istəsə hamısını seçər, istəsə sadəcə birini seçər. Bəzi kameralar bunları qrup halında seçməyə də icazə verir.

fea_auto_focus

Nə vaxt bütün nöqtələri seçərik?

Kameranın sahib olduğu bütün fokus nöqtələrini təsirli etmək istədiyimiz zaman.

Nə vaxt tək nöqtə seçərik?

Fukuslanma sürətini artırmaq istədiyimiz zaman yəni, mövzumuzu bu fokus nöqtələrindən birinə yönəltdiksə onu seçərik. Beləcə sistem o nöqtənin olduğu hissəyə sıxlaşır.

Üstdəki şəkildə fokus nöqtəsi tək nöqtə seçilmiş və öndəki obyekt üzərinə gətirilərək netləmə edilmişdir. Diqqət etsəniz görərsiniz ki, arxadakı obyekt net deyil. Üstdəki fotoda fokus nöqtəsi tək nöqtə seçilmiş və arxadakı obyekt üzərinə gətirilərək netləmə edilib. Bu dəfə də öndəki obyekt net deyil.

Burada net olaraq gördüyümüz bu netləmə nöqtəsi dəyişdirilərək net məsafə dərinliyimizi yaxşı istifadə edə bilər, hansı bölgənin net, hnası bölgənin bulanıq olduğuna qərar verərək fərqli fotolar əldə edə bilərik.

otomatik-netleme-dugmesi-2

Avtomatik netləmə (AF) modları

Tekil-servo: prtret, mənzərə kimi obeytin hərəkətli olmadığı çəkilişlərdə istifadəsi lazım olan AF modudur. Sabit və rahat hərəkət edən obyektlərə uyğun bir proqramdır. Çəkim düyməsinə yarımçıq basdığımız zaman obyektiv aktiv netləmə nöqtəsiylə seçilmiş əşyaya sabitlənir. Çəkim düyməsinə yarımçıq basıldığı zaman netləmə sabit qalır. Obyektiv əşya üzərində netləmə prosesini edə bilməsə “bir dəfəlik çəkimlik AF” deklanşörü hərəkətə gətirməz.

Davamlı-servo: Hərəkət edən obyektləri izləmək üçün inkişaf etdirilmişdir. Sürətli hərəkət edən əşyalar çəkilirsə ehtiyac olan Al Servo AF-dir. Çəkim düyməsinə yarımçıq basıldığı zaman obyektiv əşya üzərində mərkəzləşir ancaq sabitlənmir. Bunun yerinə obyektiv əşyanı izləməyi davam etdirir və kamera ilə əşyanın arasında məsafə dəyişdikcə netləmə netləmə nöqtəsini dəyişdirir. əşya net olmasa belə çəkim düyməsinə istədiyiniz zaman basa bilərsiniz.

Dəyişkən AF: vəziyyətə görə tekil-servo və davamlı-servo arasında keçiş edən AF modudur. Məsələn, maşın yarışındasınız, maşınlar start nöqtəsində dayanıblar və sonra hərəkətə başlayırlar. Kamera bu modda olduğu zaman əvvəlcə tekil-servo edəcək, daha sonra isə maşınlar hərəkətə başlayanda davamlı-servo moduna keçir. Bu proqram əsas olaraq “ bir dəfəlik çəkimlik” proqramıdır. Ancaq kamera sürətli hərəkət edən bir əşya seçərsə avtomatik olaraq “al Servo AF” proqramına keçər. Bəzi kameralarda “Al Servo AF” proqramına yalnız “Al focus AF” yolu ilə keçə bilər.

AF sistemi də cür elektronik/mexanik sistem kimi, hətta edə biləcəyindən, sistemin işləməsini bilmək və xataya düşdüyü hallarda müdaxilə etmək lazım ola bilər.  Bu hallarda manual netləmə istifadə edilir.

fotograf-makinesi-odak-noktasi

MF (manual fokus) nədir?

Netləməni əl ilə etsək buna manual və ya əllə netləmə adı verilir.

MF istifadə etməyin ən çətin tərəfi düzgün mərkəzləşmədir. AF lensinizi MF olaraq istifadə edirsinizsə fokuslama işıqları hələ də təsirli olduğundan işiniz əslində çox da çətin deyil, fokuslama zamanında işıq/səs siqnalını gözləyin. Sonra çəkiliş edin.

fotograf-makinesi-odak-noktası-1

Aşağıdakı fotoda obyektiv üzərində olan netləmə ayarları düymələrini görürsünüz. Ümumi olaraq A və M olmaqla iki növü var.

A, avtomatik moddur və çəkim düyməsinə yavaşca toxunsanız netləmi avtomatik edər:

fotograf-makinesi-odak-noktası-2

M, manual moddur və netləmə edə bilmək üçün həlqəsini əl ilə fırlatmağınız lazımdır. Çəkim düyməsinə basaraq netləmə etmə xüsusiyyətini aradan qaldırılır.

Arximizdə bulanıq fotolar istəmiriksə, net fotolar istəyiriksə netləmə edərkən çox vasvası davranmalısınız. Xüsusilə, evə gəlib fotolarımıza baxarkən çox gözəl kadrlar tutmuş oluruq . Ancaq bu kadrlarda netlik problemiylə qarşılaşdığınız zaman çox heyfslənərsiniz. Şəkildə pozlama nə qədər önəmlidirsə netlik də eyni dərəcədə önəmlidir. Ona görə də çox vasvavsı olmalısınız…

Comments

comments

Ardını oxu

Daha çox - Dərslər

To Top