Connect with us

AFB sədri: “Fotoqrafiyanın təsir gücü uşağın əlindəki qumbara kimidir”

Mirnaib Həsənoğlu

Manşet

AFB sədri: “Fotoqrafiyanın təsir gücü uşağın əlindəki qumbara kimidir”

Bir müddət AFB sədri Mirnaib Həsənoğlu olan müsahibəmizin ilk hissəsini oxucularımıza təqdim etmişdik. 

Həmin müsahibənin 2-ci hissəsini sizlərə təqdim edirik:

– Çox vaxt deyirlər ki, toy fotoqrafları AFB-yə yaxın durmurlar. Bunun səbəbkarı AFB-dir, yoxsa onların özləri?

– Fotoqraf Emil Ağayevin Portfolio-Revyu təşkil etdik. Hamını dəvət etdik. Bu haqda xəbərlər yazıldı. E.Ağayev Beynəlxalq toy fotoqrafiyasının üzvüdür. Toy fotoqraflarından soruşun, hansı oraya gəlmişdi? Mən orada idim. Cəmisi 20 fotoqraf gəlmişdi. Onların da yarısı toy çəkmir. Bundan artıq nə edə bilərik? Gəlmirlər, baxmırlar. Burada bizim nə günahımız var?

Əşi, gəlin fotolara baxın. Səhv varsa deyin, yaxşıdırsa bir şeylər götürün. Pis iş görmüşük? Polşa fotoqraflarının Bakıda 10 günlük sərgisi təşkil edildi. Master-klas keçirildi. Bölgələrimizi gəzdilər, fotolar çəkdilər. Bu sərgilərə nə qədər fotoqraf gəldi? Çox az… Sərgidə 50-yə yaxın kitab qoyulmuşdu. Hansına baxdılar, oxudular? 10 günlük sərgi zamanı 1 dəfə də olsun iştirak etməmisənsə gəlib məndən nə tələb edə bilərsən? Kim gəlib “Biz 5 fotoqraf birləşmişik. Sərgi keçirmək istəyirik, bizə dəstək olun” deyib və biz dəstək olmamışıq? Kim gəlib deyib ki, “Mən AFB-də ustad dərsi keçmək istəyirəm” biz yer ayırmamışıq? Desinlər, əlimizdən gələn köməyi edəcəyik. Bundan artıq nə şərait yarada bilərik?

– AFB hansı maliyyə ilə ayaqda dayanır?

– AFB yalnız illik yığılan üzvlük haqqı ilə yaşayır. Üzvlük haqqı isə illik 36 manatdır. Ötən il cəmisi 26 nəfər üzvlük haqqı verib. Bu maliyyə ilə işləməyə çalışırıq.

– Cavan nəsil fotoqraflarla yaşlı fotoqraflar arasında bir uçurum var. Bunun səbəbi nədir?

– Yaşlı nəslin üzvləri özlərini tanıtmağı sevmirlər. Öz işlərini bilirlər və deyirlər ki, “Onsuz da işimi görmüşəm. Niyə bunu deyim ki?” Bu dəqiqə facebookda özünə fotoqraf deyənlərin çoxu bəlkə də İSO-nun, Diafraqma-nın nə olduğunu, bir-biriləri ilə əlaqəsini bilmirlər. Amma elə sözlər yazırlar ki, elə bil fotoqrafiyanın təməlini bunlar qoyublar. Bir dəfə Fərid Məmmədovla Özbəkistana festivala getmişdik. F.Məmmədov orada Beynəlxalq münsiflər heyətinin üzvü idi. Bizdən oraya gedən azərbaycanlı xanım fotoqraf demişdi ki, “Məndən güclü fotoqraf Azərbaycanda yoxdur. Ən yüksəyi elə mənəm. Azərbaycan fotoqrafiyasını mən çiynimdə saxlayıram”. İndi həmin xanım fotoqrafiyada tapılırmı? Bir az səmimi olaq da…

Müsahibənin ilk hissəsini oxumaq üçün keçid ——-«LİNK»

Bir şeyi dönə-dönə deyirəm. Azərbaycanın indiki yaşlı nəslinin 70 faizinin vaxtı ilə Bakıda guruldayıb qazandıqları pulu indiki cavanların heç yuxularına da girməyib. İnsan bir müddət işləyir və gedir istirahət etməyə. Çünki yaş öz sözünü deyir. Hər şeyin öz zamanı var. Əgər özünə hörmət olunmasını istəyirsənsə özündən öncəkilərə hörmət et ki, səndən sonrakılar da sənə hörmət etsinlər.

– Ötən il fotoqraf Orxan Əzimə verilməyən bir mükafat var idi. Hansı ki, ona görə söz-söhbət düşmüşdü. Hətta fotoqraf İsmayıl Nur etiraz olaraq öz mükafatını geri qaytarmışdı. Bəlkə bir az bu haqda danışaq? İddialar var ki, o mükafatın verilməmə səbəbi onun şəxsi kimliyi və fikirləri ilə bağlıdır.

– Tam səmimi cavab verəcəyəm. Biz hamımız Azərbaycan reallığında yaşayırıq. Bundan əlavə, biz foto-müsabiqələrdə kiminsə yarasına basılacaq mövzu qoymamışıq. Biz hüquq müdafiəçisi deyilik, AFB sırf fotoqrafiya ilə məşğuldur. Öz işimizi də yaxşı bilirik. Fotoqrafiya çox qorxulu bir silahdır. Evdə körpə uşağın əlinə qumbara keçsə sonuc necə ola bilərsə, fotoqrafiya elədir. Fotoqrafiyanın təsir gücü uşağın əlindəki qumbaradır. Bu səbəbdən biz bu işdə ehtiyatlıyıq.

Comments

comments

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Manşet

To Top