Connect with us

AFB-də Qalmaqal: Sədrlə idarə heyətinin üzvü…

AFB

Fotoxəbər

AFB-də Qalmaqal: Sədrlə idarə heyətinin üzvü…

Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin üzvü Səfiyar Məcnunla bu birliyin sədri Mirnaib Həsənoğlu arasında narazılıq yaşanıb. Nəticədə Səfiyar Məcnun istefa verib.

S.Məcnun istefasının Fotoqraflar Birliyində vəziyyətin gündən-günə pisləşməsi, sədrin isə buna etinasız yanaşmasından qaynaqlandığını deyib.

Fotoqraflar.com xəbər verir ki, Səfiyar Məcnun bunları deyib: “Səbəb, sədrin deyil, əslində hamımızın olan bir birliyin rəzil günə gəlib çıxmasıdır. Sədr buna şərait yaradıb və bu halın dəyişməsinə səy göstərmir. Azərbaycanda fotoqrafiya deyəndə “üz qabığı” hesab olunan şəxsiyyətlərin üz qarası olan bir şəxsin ucbatından birlikdən kənar düşüb. O, yaşından-başından, sənətindən-şəxsiyyətindən, cinsindən-məqamından asılı olmayaraq hər kəslə eyni tonda danışır, səhvini üzünə deyən və nəsə tələb edən insanları özündən və birlikdən uzaqlaşdıraraq, yanında atı oynayan insanları saxlayır. Azərbaycan Fotoqraflar Birliyinin “Facebook” səhifəsini “Space” tv-nin “ad günü təbrikləri” verilişinə döndərib”, – deyə o bildirib.

S.Məcnun son addımına qədər dəfələrlə bu məsələlər barədə Mirnaib Həsənoğlu ilə danışdığını deyib: “Həm ikilikdə həm də İdarə heyətinin toplantısında müzakirə xarakterli söhbətimiz olub. Amma onun bütün bunlara bir sədr kimi etinasız yanaşdığına görə müzakirənin nəticəsi olmayıb”.

Fotoqraflar.com

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

To Top