Connect with us

Raj Stevendan özünə qəsd edən fotoqrafla bağlı açıqlama…

6d719145-73d4-491c-bb5d-138219cd7c2b

Fotoxəbər

Raj Stevendan özünə qəsd edən fotoqrafla bağlı açıqlama…

Ötən gün KİV-də azərbaycanlı fotoqrafın fotoaparata görə olan kredit borcunu ödəyə bilmədiyi və buna görə də özünə qəsd etdiyi xəbərləri əsas səhifələri bəzəyib.

Raj Steven ile ilgili görsel sonucuBu məsələyə Azərbaycanın ən öndə gedən fotoqraflarından biri olan Raj Steven münasibət bildirib. O, PrimeTime.Az vasitəsilə bu məsələ aydınlıq gətirməyə çalışıb:

“Bu gün vizual görüntüyə aldananlar çoxdur. Bunun günahı bəzi fotoqrafların özündədir. Bir az pul qazanan kimi bahalı maşın, dəbdəbəli həyatlarından olan fotoları sosial şəbəkədə izləyiciləri ilə paylaşırlar. Sıravi insanlar baxıb düşünürlər ki, gör fotoqrafiyada nə pullar var. Bundan sonra bir çoxları bu sənətə gəlmək həvəsinə düşür. Mən belə hadisələrin səbəbini bu faktorlarla əsaslandırıram. Dəfələrlə belə halları tənqid etmişəm. Deyirlər ki, sən heç kəsi bəyənmirsən”.

Raj Steven hazırda fotoqrafiya sənətinin bərbad gündə olduğunu sözlərinə əlavə edib: “Bu gün sosial şəbəkələrdə “photography” səhifələri çoxdur, amma, ortada sənət baxımından heç nə yoxdur. Toy fotoqrafı deyiləndə mənim ağlıma Emin Quliyev, Emil Ağayev və bir neçə digər həmkarlarımın adı gəlir. E.Quliyev Amerikada, E.Ağayev isə Bakıda fəaliyyət göstərir. Bir o qədər tanınmasalar da bəzi sosial şəbəkə fotoqraflarından sənətkardırlar. Mən fotoqrafiyanın toydan fərqli olaraq, tam başqa sahəsi ilə məşğul oluram. Arxitektura, indestrual sahələrinin işi, məkanı çox olduğundan bunlara yüksək qonorar verilməlidir. Toyda pul yoxdur. Dövlət layihəsi deyil ki, müəyyən məbləğ deyəsən. Bu gün bəzi fotoqrafların mənəm-mənəm deməkdən başqa əllərindən heç nə gəlmir. Hə bir də bəy-gəlinlə selfi edib yayımlamaqdan başqa. Mən bunu peşəkar fotoqrafa yaraşdırmıram. Azərbaycanda fotoqrafiya deyəndə ağıla ilk gələn toy olur. Nə zaman sosial şəbəkəyə nəzər yetirsəm, kirşan kisəsinə salınmış modellərin fotoları ilə rastlaşıram. Bir sözlə hər şey toy sferasına aiddir. Həmin adamlar yalandan absurd qiymətləri ilə özlərini “bahalı” adlandırır. Bunları görən sıravi insanlar da düşünürlər ki, fotoqrafiya ilə məşğul olsunlar. Kreditə aparat götürürlər, daha sonra o borcu ödəyə bilmirlər və intihara əl atırlar”.

Fotoqraf bəzi həmkarlarının özünü “bahalı” göstərmək xatirinə 1000AZN-dən aşağı məclis çəkmədiyini deyib: “Sizə deyim ki, mən 1000AZN-dən aşağı çəkmərəm deyənlər elə ən ucuz məclis çəkənlərdi. Həmin fotoqraflar 200-300 AZN müqabilində çəkilişlərə gedirlər. Nümayiş üçün özlərini “bahalı” təqdim etmək istəyirlər. Düzdür, fotoqrafiyada pul var, amma, əvvəlki kimi deyil. Bunun da səbəbini bu sahəyə axın edən fotoqrafların çoxluğunda görürəm. Həmkarlarımdan aldığım məlumata görə, əvvəl ayda beş toyları olurdusa, onun dördü 1000AZN verirdi. Amma indi elə deyil . Hazırda beş məclisə dəvət olunursansa, onun birinin 1000AZN veməyə imkanı çatır. Bu gün Azərbaycanda fotoqrafiya 1000-1500AZN civarında dəyişir. Sonda xüsusilə vurğulayardım ki, toy fotoqrafına yüksək məbləğdə pul verilməsinə qarşıyam”.

Raj Steven reklama görə bəzi fotoqrafların şou-biznes tədbirlərinə dəvət almadan getdiyinin şahidi olub: “Bu sənəti şou-biznesə döndəriblər. Azərbaycanda brend fotoqraflar vaxtilə müğənni və jurnallar ilə qonorarla çalışırdı. Lakin indi onlar işini bilməyən fotoqrafların qurbanına çevrilib”. Bəzi fotoqrafların əlindən əsəbləşən Raj Steven peşəkar olmayanların illər ötdükcə bu sənətdə izi-tozu qalmadığını da qeyd edib: “Sonunda anladılar ki, bu iş onlarlıq deyil. Buna görə də artıq bu sahədə yoxdurlar. Gələcəkdə Azərbaycanda fotoqrafiyanın inkişafını görmək istəyirəm!”.

Comments

comments

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotoxəbər

Son paylaşımlar

To Top