Connect with us

Kimsəsizlər məzarlığının sahibləri

Kimsəsizlər məzarlığının sahibləri

Fotolar

Kimsəsizlər məzarlığının sahibləri

Rəvayətə görə,  qədim dövrlərdə bir kişi varmış ki, ən böyük arzusu adının tarixdə qalmasıymış. Xeyli fikirləşəndən sonra qərara gəlir ki, buna ancaq bir yolla nail olmaq mümkündü – heç kəsin unutmayacağı bir şey eləməlidi. Məsələn, şəhərin ən böyük məbədini yandırmaq kimi.  

Kişi ağlına gələn fikri tezcə həyata keçirir. Amma şəhərin hakimi onun məbədi niyə yandırdığını öyrənəndə bütün şəhər əhlinə kişinin adını unutmağı əmr eləyir. Beləcə, “qəhrəmanımız” adını əbədiyyətə həkk  eləməyə çalışarkən adsız qalır. 

Həqiqətən, ad – ömrü boyu başqalarından fərqlənməyə çalışan insanı kütlədən ayıran  ilk addımdı. Sinfindən, mövqeyindən asılı olmayaraq, hər insanın ən böyük qorxusudu unudulmaq… Kimsəsiz olmaq, sıradan olmaq, sıra olmaq, nömrə olmaq…  Bakının Suraxanı rayonundakı Dədə Qorqud qəsəbəsində yerləşən qəbirstanlıqda başdaşı əvəzi torpağa sancılmış taxta parçalarının, plastik qabların üzərinə vurulımuş nömrələr kimi…  

Xəstəxana, həbsxana, morqlarda vəfat edən kimsəsizləri bu qəbirstanlıqda dəfn edirlər. Qəbirstanlıq işçilərinin dediyinə görə xəstaxana,  cəsədləri nömrələyərək qəbirstanlıq rəhbərliyinə göndərir. Sonra yaxınları, qohumları onları axtarsa,  ilk öncə xəstəxanaya, sonra isə həmin qəbirstanlığa nömrə ilə müraciət edir. Burdakı məzarların üstündə heç bir ad, soyad, doğum tarixi yazılmır. Kiminsə bir yaxını çıxsa, öz istəyinə uygun olaraq məzar daşı qoydura bilər. Mərhumların hamısı müsəlman qaydası ilə dəfn edilir və bütün xərclər dövlət tərəfindən ödənilir. 

Qəbirstanlığın işçiləri onu da dedilər ki, istənilən adam öz əzasını gətirib burda  basdıra bilər. Bəzi vaxtlarda ayağı, əli amputasiya olunmuş adamlar kəsilən bədən üzvlərini bura gətirirlər. Həmin şəxs rəhmətə gedəndə öz istəyi ilə əzasının yanında dəfn edilir.

Comments

comments

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Fotolar

Son paylaşımlar

To Top