Məcburi köçkünlərə ev olan pioner düşərgələri

Fotoreportaj / Orxan Əzim
3d81f30d9ddd

Sovet dövründə uşaqların yay və qış aylarında istirahəti üçün pioner düşərgələri mövcud idi.

Rusiyada məktəblilər üçün belə istirahət düşərgəsi ilk dəfə 1925-ci ildə tikilmişdi. Azərbaycanda isə ondan 25 il sonra – 50- ci illərin ortalarında. Düşərgələr iki növ olurdu: ancaq yay aylarında işləyənlər və hər il gündəlik fəaliyyət göstərənlər.

Son dövrlərə qədər Bakıda da belə düşərgələr fəaliyyət göstərirdi. Sovet İttifaqının süqutundan sonra burdakı düşərgələr fəaliyyətini dayandırdı, boş qalanlara Qarabağ müharibəsi zamanı ev-eşiklərindən didərgin düşən insanlar yerləşdirildi.

Bakının Şüvəlan kəndində yerləşən “Arzu”, “Ulduz”, “Gənc kosmonavtlar” (“Bəxt üzüyü” filminin bəzi epizodları bu düşərgədə çəkilib)  və “Şinçi” düşərgələrində hal-hazırda Ağdam, Cəbrayıl, Füzuli qaçqınları məskunlaşıb.

Kateqoriyalar
FotolarReportaj

Digər xəbərlər