Connect with us

Foto-jurnalistin sahib olması gərəkən özəlliklər

Foto-jurnalistin sahib olması gərəkən özəlliklər

Dərslər

Foto-jurnalistin sahib olması gərəkən özəlliklər

Ölkəmizdə foto-jurnalistlərin sayı elə də çox olmasa da, bu bilginin önəmli olacağını düşünürük. 

Xəbər vermək üçün çəkilmiş fotoda nələr öz əksini tapmalıdır?

Hadisəni izah edən bir fotonun, xəbərçilikdə başlıca düsturu olan (5N1K) daki suallara cavab verməsi gözlənilir. 5N1K nədir? “Nə? Nə zaman? Harada? Necə? Niyə? Kim?” suallarının ümumi halına bu ad verilib. Əgər bu suallara cavab verən materialınız varsa bu, sizin ideal iş gördüyünüzü bildirir. 

Foto, hadisə ilə bağlı məlumat verməlidir. Foto-jurnalist çəkdiyi foto haqqında məlumat verməlidir. Yazmağı yaxşı bilməli, fikrini, hadisəni düzgün təsvir etməyi bacarmalıdır. Çəkdiyi foto vermək istədiyi məlumatı özündə əks etdirməlidir. Detalları isə yazaraq bildirə bilər.

Bangladesh India Gang Rape

Xəbər üçün hazırlanan foto-reportajda qeyri-adi effektlərdən istifadə edilməməlidir. 

Çəkilən foto verilən xəbəri təsdiqləməli, dəstəkləməli, gücləndirməlidir.

Foto daha çox maraq oyandırması üçün fərqli bucaqlardan çəkilməlidir.

Foto xəbərin olduğu yerdə çəkilməli, xəbərdəki hərəkətləri əks etdirməlidir.

Foto təbii olmalıdır. Redaktə zamanı fotonun təbiiliyinə zərər vurmaq olmaz. 

Foto-reportaj maksimum 12-14 fotodan ibarət olmalıdır. 

Foto aldadıcı olmamalıdır. Yanlış anlama verən foto haqqında düzgün məlumat yazılamlı və ya ümumiyyətlə dərc edilməməlidir. Çünki foto-jurnalist fotonu xəbər vermək üçün çəkir. 

Comments

comments

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Dərslər

To Top