Connect with us

713 min “probeq”i olan Canon 5D mark III və onunla çəkilən fotolar

19724211_1408663829221353_1310434666_o

Fotoxəbər

713 min “probeq”i olan Canon 5D mark III və onunla çəkilən fotolar

Fotoqraflara məlumdur ki, Canon, Nikon və digər DSLR fotoaparat istehsal edən brendlər hər model üçün shutter, digər sözlə desək “Probeq” limiti qoyurlar. 

Məsələn, Canon 6D üçün 150 min “probeq” təyin edib. Bu o deməkdir ki, şirkət 100 min fotoya qədər heç bir problem olmayacağına zəmanət verir. Pərdəni 100 min dəfə açıb-bağlayıblar. Sonrasına isə davam etməyiblər.

Fotoqraflar arasında belə bir söhbət var ki, limiti aşandan sonra aparat xarab olur. Çəkmir, dayanır, ilişir və ya çox bərbad çəkir. Bu gün bu sözün gücünü bir az zəiflədəcəyik 🙂

19724211_1408663829221353_1310434666_o 19727211_1408663805888022_470877489_o 19749425_1408663855888017_1499731423_o 19876010_1408663869221349_950120924_o

Məsələ burasındadır ki, sizə təqdim etdiyimiz bu aparat, daha dəqiq desək, Canon 5D mark III-ün 713 min “probeq”i var. Və hələ də işləyir. Fotoaparatın sahibi fotoqraf Rüstəm İsmayılovdur. Rüstəm deyir ki, aparatın çəkdiyi birinci foto ilə indiki fotolar arasında fərq var, amma aparat işləməyə davam edir:

“Nəzərə alsaq ki, 713 min foto çəkib, yenə də pis işləmir. Hazırda bu fotoaparatla işləyirəm. Lakin  fotolarda rəng balansı pozulub. Onu ayarlamaq olmur. Edite zamanı problem yaradır. Amma yenə də deyirəm, 713 min “probeqi”olan aparat üçün bu, normaldır”.

Bununla da, “Limiti keçəndən sonra apar o aparatı tulla” söhbətini unutmuş oluruq. 🙂 

Aparatla çəkilən fotolar:

Daha çox - Fotoxəbər

To Top