Connect with us

50mm  f/1.8 yoxsa  50mm f/1.4 almalıyam?

canon lens 50 mm f 1,4

Canon

50mm  f/1.8 yoxsa  50mm f/1.4 almalıyam?

Həvəskar fotoqaflığa yeni başlayanların aldıqları ya da alacaqları DSLR kameralar adətən giriş sinifində olur. Giriş sinifindəki gövdələr isə kroplu gövdələrdir.

Məsələn: Canon üçün 600D və ya 60D, 70D, 7D kimi. Nikon üçün isə D90, D5200, D7000 və s. kimi. Bu gövdələr adətən kit obyektivlə birlikdə alınırlar, mənə qalsa, olası lazım olan da budur. Amma bir müddət sonra zəif məsafə dərinliyi təsiri fotoqrafın maarağını çəkər və bu tip bir obyektiv almaq ehtiyacı yaranar. Bu mərhələdə “50mm f/1.8 yoxsa 50mm f/1.4 alım?” sualı beyində fırlanmağa başlayar.

Əslində, əlbəttə, 500m f/1.4 almaq daha yaxşıdır, amma verəcəyiniz pula dəyəcəkmi?

Bir az araşdıma və rəqəmlərlə danışmağa başladığımız zaman isə Nikon D90, D7000, D7100 və ya Full frame gövdə istifadə edənlər üçün alına biləcək obyektivlər və qiymətlər ,təxminən, aşağıdakı kimidir:

  • $110 : Nikkor 50mm f/1.8D
  • $400 : Nikon AF-S 50mm f/1.4G

Digər Nikon giriş səviyyəsi gövdələr üçün (gövdə üzərində AF motoru olmayanlar) isə:

  • $200 : Nikon AF-S 50mm f/1.8G
  • $400 : Nikon AF-S 50mm f/1.4G

Canon marka bütün gövdələr üçün:

  • $125 : Canon EF 50mm f/1.8
  • $400 : Canon EF 50mm f/1.4

Yaxşı qiymət fərqlərini bildik. Bəs başqa nə kimi fərqlər var?  Seçimimizi necə edəcəyik?

Hər iki marka üçün də eyni diyafraqma açıqlığındakı kəskinlik dəyərləri arasında hiss edə biləcəyiniz ölçüdə fərq yoxdur. Bunu anlamaq üçün MTF qrafiklərinə baxmağınız kifayətdir. Bu halda kəskinlik bir seçim səbəbi olmaqdan çıxır.

Aralarında bir stopdan daha az fərq var. Yaxşı, bəs diyafraqmadakı bu fərqlilik məsafə dərinliyinə necə təsir edir, ki onsuzda alma səsəblərinizdən biri də budur. Bu bir az araşdıraq:

Birinci misal: 50mm obyektivlərin minimum fokuslama məsafəsi 45sm-dir. Bu uzaqlıqdan bir portret çəkilişi edə bilməzsiniz. 70sm ətrafından ancaq görünən bir portret çəkilişi edə bilərsiniz. f/1.8 ilə 70 sm-dən bir portret çəkilişi etdiyiniz zaman isə məsafə dərinliyiniz 1.2 sm olacaq. Bu isə burun ucu və göz məsafəsindən daha azdır.  Ən yaxından çəkilən başqa  bu tip bir portret çəkilşi üçün ideal olan diyafraqma ,təxminən, f/8 olmalıdır.

Ikinci misal: 170 sm boyu olan birini, tam boy çəkmək üçün minimum məsafə dərinliyi ilə çəkmək istəyirik. Dik kadraj üçün minimum fokuslama məsafəsi 4m, üfüqi kadraj üçün isə minimum fokuslama məsafəsi 6m olacaq. Bu hallarda f/1.8 istifadə etsək net məsafə dərinliyimiz dik kadraj üçün 43sm, üfüqi kadraj üçün 98sm olacaq. Yaxşı, əlimizdə f/1.4 obyektiv olsaydı nə dəyişəcəkdi? Bir əvvəlki dəyərlər 34sm və 76sm olaraq dəyişəcəkdi. Hər iki halda da arxa plandan ayırmada problem olmayacaqdı. Yuxarıdakı fotonun çəkim dəyərləri Canon 5D Mark II, Canon 50mm f/1.4-1/125s, f/3.5: İSO 100 buna rəğmən burunun ucunda bulanıqlıq diqqət çəkicidir.

Bir az qarışıq kimi görünsə də araşdırdığımız qədəriylə həvəskar bir fotoqraf üçün 50mm obyektiv alarkən seçim kriteriyaları üç cür araşdırıla bilər:

Qiymət, kəskinlik və məsafə dərinliyi.

Hər vəziyyət üçün f/1.8 obyektiv verəcəyiniz pula dəyməlidir. Artığını ödəməyinizə ehtiyyac yoxdur. əgər profesyonal çəkiliş edirsinizsə fərqli bir araşdırma aparmağınız lazım olduğun deyərək mövzunu bağlayaq… J

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Canon

To Top