Connect with us

2015-ci ildə dünya mətbuatının gündəmini zəbt edən fotolar

aylankurdi(1)

Bloq

2015-ci ildə dünya mətbuatının gündəmini zəbt edən fotolar

2015-ci ildə baş verən hadisələrlə əlaqədar çəkilən bir sıra fotolar dünya mətbuatının gündəmini zəbt edib.

Fotoqraflar.com həmin şəkillərdən bir neçəsini təqdim edir.

1. Fevral –  İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehin edam səhnəsini əks etdirən kadrları yayıb. Sosial mediada yayılmış videoda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnələri əks olunub.

2. May – Bakının Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın zamanı körpəni qucağına alaraq od-alovun içindən çıxaran polis çavuşu Qərb mediasında “qəhrəman polis” elan olunub.  Azərbaycanlı fotoqraf Orxan Əzimin ASSOCIATED PRESS agentliyi üçün çəkdiyi foto “The Times”, “The Guardian”, “The Huffington Post” və s. nüfuzlu nəşrləri tərəfindən “Günün fotoları” rubrikasında dərc olunub.

3. İyun – Avropa oyunları zamanı paracüdoçuların döyüşündə qızıl medal qazanan İlham Zəkiyevin mükafatlandırılması zamanı Prezident İlham Əliyev  İ.Zəkiyevi təbrik edəndən sonra onun xahişi ilə çempionluq kürsüsünə çıxdı.

4. İyul – Dünya gücləri beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıran razılaşma əldə ediblər. Qələbəni qeyd edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin qələbə sevincini əks etdirən foto geniş yayılmışdı.

5. Sentyabr – Yunanıstana çatmağa çalışan qayığın Türkiyə sahillərində batması nəticəsində ən azı 12 suriyalı boğuldu. Qurbanlardan birinin – sahildə üzüqoyulu düşmüş oğlan uşağının fotosu böhranın yaratdığı insan faciəsinin bütün dünyanı riqqətə gətirən səhnəsinə çevrilib. Türkiəynin bir xəbər agentliyi tərəfindən dərc olunmuş bu foto “dənizin sahilə atdığı insanlıq” haştaqı ilə dünyanı dolaşdı.

6. Sentyabr – Macarıstandakı qaçqın düşərgəsində jurnalist xanımın polisdən qaçan miqranta qarşı davranışı hiddət doğurdu. Macarıstanın “N1TV” telekanalının operatoru Petra Laslo ölkənin Serbiya ilə sərhədindəki Reska qaçqın düşərgəsində polis təqibindən qaçan kürəyində azyaşlı uşaq olan kişiyə badalaq vurub yerə yıxması, daha sonra isə bir qıza təpik atması ona baha başa gəldi.

7. Oktyabr – Şarm-əl-Şeyxdən Sankt-Peterburqa yollanan A-321 təyyarəsi Misir ərazisində qəzaya uğradı. Qəzadan əvvəl hava limanında çəkilən 10 aylıq uşağın son şəkli əks-səda doğurdu.

8. Noyabr – Türkiyədə baş tutan G- 20 zirvəsində Rəcəb Tayyib Ərdoğanın Barak Obamanın üzünü sığalladığını əks etdirən foto hər kəsi təəccübləndirdi. Amma şəklin çəkilmə istiqamətinin belə bir mənzərəyə səbəb olduğu aydınlaşdı. 

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Bloq

To Top