Connect with us

Emalatxana / Portfolio-Revyu formatında görüş

15032756_10211167329809254_8028137278013731731_n

Müsabiqələr

Emalatxana / Portfolio-Revyu formatında görüş

Arts Council Azərbaycan Qeyri-Hökumət təşkilatı özünün “Emalatxana” layihəsi çərçivəsində Azərbaycan Fotoqrafları Birliyi İctimai birliyi ilə birlikdə həvəskar və peşəkar fotoqrafları 12-13 noyabr tarixində saat 12:00-dan 17:00-dək Portfolio-Revyu formatında görüşə dəvət edir.

Tədbir zamanı hər bir fotoqraf öz işlərindən ibarət portfoliosunu fərdi sessiyalarda peşəkar fotoqraflara göstərib müzakirə edə bilər.

Portfolio-Revyu – fotoqrafların peşəkar karyerası və yaradıcı potensialına təkan vermək üçün dünya təcrübəsində qəbul edilmiş bir vasitədir. Hər bir iştirakçı 2 gün ərzində öz işlərini peşəkarlara göstərmək və onların təcrübəli və qərəzsiz fikirlərini öyrənmək şansını əldə edir. Portfolio-Revyuda iştirak etmək sizə, mövcud fotoqrafiya mühitində öz yerini tutmaq və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək üçün faydalı ola bilər.

Bundan əlavə, Portfolio-Revyu həm də peşəkar əlaqələrin yaradılması, yaradıcı enerji, yeni tanışlıq və ideyalar, ünsiyyət və təcrübə mübadiləsidir. Hər bir fərdi sessiyanın müddəti 20 dəqiqədir. Müzakirələr Azərbaycan və Rus dillərində aparılacaq.

Portfolionuz ayrı-ayrı fotolardan, seriya və ya layihədən, eləcə də KİV-də dərc edilən fotolarınızdan ibarət ola bilər. Sərgi layihənizi də təqdim edə bilərsiniz. Fotolar çap və ya elektron formatda təqdim edilməlidir.

Portfolio-Revyuda iştirak etmək üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək müraciət formasını doldurmaq tələb olunur. Yerlər məhduddur. Qeydiyyat formasında tarixi və müraciət etdiyiniz ekspertin adını seçin. Müraciət formasının təsdiqindən sonra sizə e-poçtu vasitəsilə sessiyanızın dəqiq vaxtı/saatı göndəriləcək. Sessiyaların vaxtı müraciətlərin qəbul edilmə ardıcıllığı əsasında təyin edilir.

Qeydiyyat forması: https://goo.gl/forms/06k1EkB4hnTwS27R2

EKSPERTLƏR VƏ İSTİQAMƏT:
SEVİNC ASLANOVA – Sosial və sənədli fotoqrafiya
MİRNAİB HƏSƏNOĞLU – Foto tarixçə və sənədli fotoqrafiya
EMİL AĞAYEV – Toy fotoqrafiyası
ZAUR MİRZƏYEV – Ekstremal və peyzaj fotoqrafiyası
ELDAR ƏKBƏROV – Konseptual fotoqrafiya
RÜSTƏM HÜSEYNOV – Memarlıq fotoqrafiyası
RÜFƏT ABAS – Portret və küçə fotoqrafiyası

**********************************************************************
Неправительственная организация Arts Council Azerbaijan в рамках проекта “Emalatxana” совместно с общественной организацией Объединение Фотографов Азербайджана приглашает всех фотографов на встречу 12-13 ноября с 12:00 до 17:00 в формате Портфолио-Ревю где каждый участник сможет показать и обсудить свое портфолио с профессиональными фотографами на индивидуальных сессиях.

Портфолио-Ревю – общепринятый в мировой практике действенный способ творческой реализации и профессиональной карьеры для фотографов. В течении 2 двух дней у участников будет потрясающий шанс показать свои работы профессионалам и услышать их компетентную и беспристрастную оценку. Участие в Портфолио-Ревю – это поиск своего места в существующей фотографической среде и определение перспектив для дальнейшего развития.

Кроме того, Портфолио-Ревю – это налаживание профессиональных связей, обмен контактной информацией, полезные знакомства. Портфолио-Ревю – это концентрация творческой энергии, обмен опытом с коллегами, новые друзья и идеи. Продолжительность каждой индивидуальной сессии 20 минут. Обсуждения будут проходить на Азербайджанском и Русском языках.

Портфолио может состоять из удачных одиночных снимков, может содержать серию или цельный проект, включать публикации ваших работ в СМИ. Это может быть так же отдельный выставочный проект. Фотографии должны быть представлены в печатном или в электронном формате.

Для участия в Портфолио-Ревю необходимо пройти регистрацию заполнив форму заявки по ссылке ниже. Места ограничены. В форме регистрации следует выбрать дату и имя эксперта, к которому хотели бы записаться. После подтверждения заявки вы получите по электронной почте точное время вашей сессии. Время сессий назначается в порядке очередности поступления заявок.

Форма регистрации: https://goo.gl/forms/06k1EkB4hnTwS27R2

ЭКСПЕРТЫ И НАПРАВЛЕНИЯ:
СЕВИНДЖ АСЛАНОВА – Социальная и документальная фотография
МИРНАИБ ГАСАНОГЛУ – Фото история и документальная фотография
ЭМИЛЬ АГАЕВ – Свадебная фотография
ЗАУР МИРЗОЕВ – Экстремальная и пейзажная фотография
ЭЛЬДАР АКБЕРОВ – Концептуальная фотография
РУСТАМ ГУСЕЙНОВ – Архитектурная фотография
РУФАТ АБАС – Портрет и уличная фотография

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Müsabiqələr

To Top