Connect with us

Food Photography – Çəkilmə qaydası

Food Photography - Necə çəkməli

Dərslər

Food Photography – Çəkilmə qaydası

Yemək yemək həyatımızın böyük bir hissəsini təşkil edir. Belə götürsək işləmək belə yemək üçündür. Günümüz ya yemək yeyərək ya hazırlayaraq ya da nə yeyəcəyimizi düşünərək keçir. Əsrlərdən bəri gələn bu çarxıya, son illərdə yeni bir adət əlavə edildi; Yediklərimizi çəkmək. 

Yemək fotoları sosial şəbəkələrdə ən çox paylaşılanlar arasında olsa da şəkillərin bəzilərinin göründüyü qədər ləzzətli olmadığını bilirik. Yemək fotoları çəkmək asan görünür amma diqqət, təcrübə istəyən bir foto ixtisasıdır.

İşıq , İşıq, İşıq

Sözü gedən məsələ şəkil olanda hər sözə işıqla başlamaq lazımdır. Təbii işıq yaxşıdır. Xüsusi ilə təbii işıq yemək şəkillərində daha yaxşı nəticələr əldə etməyimizə səbəb olur. Tək tərəfdən, yeməyin yanından və arxasından alacağınız güclü bir işıq bəzi vaxtlarda bəs edir.  Əşyanızı yaxşı işıq götürən geniş bir pəncərənin yanına qoyub tripod istifadə edərək yaxşı işıq şəraiti yarada bilərsiniz. Bu sizə həm asan həm də xərcsiz başa gələcək.

Tripod

Image result for Tripod

Pəncərəniz nə qədər geniş, obyektiniz nə qədər sürətli olsa da dəqiqliyi pozmayacaq bir snaps tutmağınız, içəri məkanlar üçün hər dəfə mümkün olmayacaq. Bu vəziyyətlərdə İSO’nu artırmaq ilk ağla gələn çıxış yoludur amma noise problemi şəkilinizin keyfiyyətini aşağı salacaq.  Çəkilişdən sonra çirkliliyi düzəldən proqramlardan istifadə edə bilərsiniz amma ən yaxşısı çəkilişlərdə tripod işlətməkdir. Əgər əriməyən, dumanı qaçmayan, forması pozulmayan bir yeməyi çəkirsinizsə, yeməyiniz saatlarla və şikayət etmədən sizə modellik edəcək. Buna görə də haqqını verməlisiniz. Ehtiyacınız olan tək şey adi bir üçayaqdır. Hətta tripodunuzu komputerə çalaşdıraraq böyük ekran vasitəsi ilə fotonuzu daha aydın görə bilərsiniz.

Flaşlar

Image result for Canon flash

Yemək fotoqrafları ümumi olaraq seçimlərini edərkən təbii işığa üstünlük verirlər, amma bəzən bu işığı şəkilə yönləndirmək çətin olur

 Xüsusiylə işığın az olduğu qış aylarında çəkilişləri aydınlıa saatlarda reallaşdırmaq ya da tamamlamak mümkün olmaya bilər. Eviniz və yaxud studionuz yetəri qədər işıq almaya bilər.   Bu vəziyyətlərdə şəkillərin keyfiyyətindən itirməmək üçün flaşı işlətməliyik.

Flaşlı çəkilişlərdə əsas olan yenə təbii bir işıq görüntüsü yaratmaqdır. Yemək şəkillərində axtarılan ümumi sərt kölgələrin olmadığı yumuşaq bir işıqdır. Bunu əldə etmək üçün böyük bir işıq yumuşaldıcı (softbox) taxılmış tək bir flaş istifadə edə bilərsiniz. Yeməyi yandan ya da saat 10,11,1,2 aralarında aydınlada bilərsiniz. Bu yöndə gələn işıq yeməyin materialını üzə çıxardacağı üçün yeməklərin daha ləzzətli və gözəl görünməsinə səbəb olacaqdır. Əgər içki çəkirsinizsə saat 12 tərəfləri çox yaxşı təsir əldə etmənizə səbəb olacaq. Ana işığın yaradacağı sərt kölgələrin qarşısını almaq üçün işığın tərs tərəfinə əksetdirici (reflective) qoya bilərsiniz.

Arxa planı qabağa çıxarmaq istəyirsinizsə o bölgəni başqa bir işıq xətti ilə aydınlatmalısınız. Bu sizin yaratmaq istədiyiniz dramatiq təsir ilə bağlı bir qərar amma mən şəxsi olaraq işığın sadəcə yemək üstündə dayanmasını istəyirəm. Nəticə etibarı ilə kadrımızdaki ana yemək və onun xaricindəki hər şey yeməyimizin gücünü artıracağı təqdirdə kadrda öz yerini tapmalıdır. Hətta bəzi anlarda planın yeməkdən daha qaranlıq olmasını istəyə bilərsiniz. Bu vəziyyətdə flaş işığının düşməsini istəmədiyiniz yerlərə maneələr yerləşdirməlisiniz. Bunun üçün qara bir kardon istifadə edə bilərsiniz. Əksetdiricilər evdə tapdığınız sadə və məaliyyətsiz əşyalardan da hazırlaya biləyəciniz ağlınızda qalsın.

Sahə Dərinliyi

Sahə dərinliyi şəkildəki ana ünsürü ortaya çıxarmaq üçün, estetikanı və qayğını artırmaq üçün istifadə edilə biləcək ən vacib alətlərdəndir, lakin çox təəssüf ki, yemək şəkillərində sahə dərinliyi bir çox hallarda təsirli və yerində istifadə edilmir.

Картинки по запросу food photography

Sahə dərinliyinə qərar verərkən, ən çox düşülən xətalar dəqiq sahə dərinliyinin lazım olan dərinliyin çox altında qalmasıdır. Xüsusi ilə işığın az olduğu vəziyyətlərdə diafraqma mümkün olduğu qədər açılaraq doğru pozlama tutulana qədər işlənilir ancaq  f1.4, f1.8 kimi dəyərlərdə dəqiq bir  mühit  o qədər azdır ki, bəzi hallarda yeməin bir nöqtəsini dəqiq şəkildə görə bilərsiniz. Yeməyə yuxarıdan baxdığınız anlarda bu çox böyük bir problem olmaya bilər çünki yeməyin böyük bir hissəsini dəqiq olaraq görəbilirik amma dərinliyi olan çəkilişlərdə çox balaca bir yerin dəqiq olması yeməyə və təbii ki şəkilə ləzzətini verən bütün qiymətli xırdalıqlar itəcəkdir.

Картинки по запросу food photography

Digər bir səhv də flaşlı çəkilişlərdə adətən qarşımıza çıxır. Flaşlar, ən zəif gücdə olsa belə hədsiz dərəcədə işıq verə bilir. Bu vəziyyətdə pozometrniz böyük bir diafraqma dəyəri göstərir bu da dəqiq sahə dərinliyinin lazım olanın çox üstünə çıxması mənasını daşıyır. Belə bir pozlama dəyəri kompozisyadaki hər elementin dəqiq olduğu, ana ünsürə fokuslanmayan uğursuz bir foto çəkməyinizə səbəb olur. Halbuki həll yolu çox asandır. Flaşın gücünü azalda bilməsəniz belə yumuşaldıcının üstünə atacağınız əlavə parçalar ya da flaşla yemək arasında qoyacağınız pərdə işığın daha yumuşalmasına və yeməyə təsir edən işığın azalmasına kömək edəcək. Beləliklə sahə dərinliyini də rahatlıqla düşünə bilərsiniz.

Məkanda məhdudiyyət hiss etmənizə ehtiyac yoxdur!

Evinizdə, studyanızda ya da getdiyiniz restoranda işıq yoxdursa və yaxud flaşla çəkiliş etmək imkanına sahib deyilsinizsə, açıq havaya çıxma şansınız var. Axtarmalı olduğunuz yerlər homogen işıq götürən nöqtələr, ya da kölgələr olmalıdır. Yanınızda gətirəcəyiniz əksetdiricilər də öz kölgənizi yaratmanıza kömək edəcək. Beləliklə arzu etdiyiniz kimi fərqlı məkanlarda, diqqət çəkən yemək şəkilləri çəkə bilərsiniz.  

Linzalar

Hər yeməyin görünüşündən və tərkibindən qaynağlanan və çox gözəl göründüyü bir tərəfi var. Bu səbəblə, yemək fotosu çəkəndə fərqli məsafələri yoxlamayı unutmayın. Yeməyə yaxınlaşaraq və yaxud linzaların fərqli diqqət məsafələrini istifadə edərək ən yaxşı görüntü üçün enerji sərf etməlisiniz. 

Seçəcəyiniz linzalar bu mövzuda sizə kömək edəcək. Sadəcə yemək fotoqraflığı üçün yox digər stildəki foto çəkilişləriniz üçün də istifadə edəcəyiniz prime linzalardan olan 50mm f1.8 ya da f1.4 istifadə üçün çox uyğundur. Ləzzətli və diqqət çəkən yemək şəkilləri üçün avadanlıq listinizə makro obyektivləri əlavə etməyi də düşünə bilərsiniz. Bunun üçün 100mm f2.8 bir makro linza istifadə edə bilərsiniz.

Картинки по запросу 50mm f1.8

Stilistlə işləmək/işləməmək

Baxmaya doymayacağınız, iştah açan yemək şəkilləri üçün fotoqrafla birlikdə işləyəcək yaxşı bir stilistə ehtiyac var. Ancaq professional yemək fotoqrafı olsanız belə çox vaxt sizə kömək edəcək bir stilistlə işləmək fürsəti tapa bilmirsiniz. Bu səbəbə görə yemək şəkilləri çəkirsinizsə öz yeməyinizin stilisti olmalısınız.

Yeməyin görünüşü

Fotolarımızın baş qəhrəmanı yeməklərimiz qarşımıza ilk çıxanda gözəl göründüyündən əmin olmalıyıq. Məsələ kadrdaki salat ləvazimatlarına yer verəcəksiniz. Ən yaxşılarını seçməlisiniz. Çürük, yanıq, pis görünən şəkil çəkildikdən sonra asanlıqla düzəldilə bilmir. 

Əgər çəkiliş vaxtı uzundur və yeməklərin forması dəyişirsə ya da quruyursa tez tez yeniləməlisiniz ya da bunun üçün saxta qidalar istifadə etməlisiniz. Dondurma üçün normalda kartof puresi istifadə edilir. Buz və dondurma üçün plastik maketlər də satılır.  Meyvələrin üstünə su damcısı hissi vermək üçün qliserin püsgürdürlər. Yeməklərin daha canlı görünməsi üçün isə üzərinə fırça köməyi ilə bitki yağı sürtülə bilər.

Yemək şəkillərində bərəkət, bolluq hissi çox təsirlidir. Bu səbəb görə əgər yeməyiniz az və boşqabda itirsə altlarına görünməyəcək şəkildə dolğular əlavə edə bilərsiniz. Məsələn sulu yeməklərin içinə balaca meyvələr atmaq. Bəzən balaca çörək qırıntıları ilə boşqabın içindəki yeməyin yüksəkliyini tənzimləyə bilərsiniz.

Mətbəxdə istifadə olunan vasitələr

Sadəcə yeməyin özü yox həm də təqdimatı da çox vacibdir. Boşqablar, çəngəllər, bıçaqlar, dəsmallar, stol, stol süfrəsi. Hamısı yeməyi daha da yüksəldən şəkildə seçilməli və yerləşdirilməlidir.

Tutalım ki, dovğa şəkilləri çəkəcəksiniz. Kasanın ətrafında dovğa üçün lazım olan göyərtiləri, balaca bir kasada qatığı, düyünü, noxudu təsvir edərək yeməyin məzmunu haqda məlumat da verə bilərsiniz.

İstifadə edəcəyiniz mətbəx vasitələri qarışıq dizaynda olmamalı və yeməkdən daha çox diqqət çəkməməlidir. Ağ ya da açıq rəngli boşqablar çox vaxt istifadəyə uyğundur ancaq kontrast yaratmak yeməyi zənginləşdirəcəyi üçün adətən yeməyə zidd rənglər istifadə etməlisiniz. Ağ bir tortun altına qara nimçə qoymaq və yaxud spanaq yeməyini qırmızı kasada sərvis etmək kimi.

Картинки по запросу food photography

Fotonun ümumi keçici qaydalarını unutmayın!

Ümumi olaraq şəkil üçün istifadə etdiyimiz və fotomuzu zənginləşdirən bütün praktiklər yemək üçün də keçərlidir. Yaxşı bir ağ tənzimlənməasi çox vacibdir. Əvvəlcə texniki olaraq düzgün bir şəkil çəkməlisiniz ki estetik cəhətdən də yaxşı foto əldə edə biləsiniz. Sonra isə digər şəkil növlərində də diqqət edəcəyiniz qızıl dərəcəyə, formalara və cizgilərə diqqət edərək yemək şəkillərinizi bir üst səviyyəyə daşıya bilərsiniz.

Xoş əyləncələr! 

Şərh yazmaq üçün tıkla

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox - Dərslər

To Top