Connect with us

Ən yaxşı pulsuz foto redaktə proqramları

Ən yaxşı pulsuz foto redaktə proqramları

Bloq

Ən yaxşı pulsuz foto redaktə proqramları

Onlayn, offlayn və komputerə yüklənərək istifadə edə biləcəyiniz foto redaktə vasitələrini sizin üçün seçdik! 

Telefonlardakı kameralar get-gedə daha da yaxşılaşır və bunun yeganə mənası var: Əvvəllər olmadığı qədər foto çəkib və paylaşırıq. Amma kameralarımız qüsursuz deyillər və fotolarımızı paylaşmazdan əvvəl bir neçə dəfə onları redaktə etmək istəyə bilərsiniz.

Foto redaktə proqramları

Foto redaktə etmək işi sadəcə Adobe-nin aylıq ödəniş tələb edən Creative Cloud-a xas bir iş deyil. Təbii ki, Microsoft Paint-in təqdim etdiyi bir neçə funksiyadan daha çoxuna layiqsiniz. Aşağıda sizin üçün tam tərkibli Fotoşop klonlarından, fotolarınızı filtrləmək üçün asan istifadə edilən ən yaxşı foto redaktə proqramlarına qədər seçilib. Sizin də tövsiyə etmək istədiyiniz bir proqram varsa rəy bölümündə bizimlə bölüşə bilərsiniz. 

Fotoşop (photoshop)

Yəqin ki, düşünürsünzi ki, Fotoşop pulludur, lakin bilmədiyiniz bir şey var: Fotoşopun əvvəlki CS2 versiyasını Adobe vasitəsi ilə tam pulsuz yükləyə bilərsiniz. Proqramın köhnə olduğu və dəstəklənmədiyi ilə bağlı xəbərdarlıqları keçə bilərsiniz. Bundan əlavə sadəcə Fotoşop ilə kifayətlənməyib CS2 tərkibindəki Illustrator, After Effects, InDesign və başqalarını da pulsuz yükləyə bilərsiniz.

Yükləmək üçün keçid : Photoshop CS7

Pixlr

İnternet brauzerinizdə həm internet şəbəkəsi ilə və həm də şəbəkəsiz işləyə bilən Pixlr Fotoşopun təqdim etdiyi bir çox funksiyanı əlçatan edir. Android ve iOS-da mobil tətbiq kimi də istifadə olunan Pixlr tamamilə pulsuzdur.

Yükləmək üçün keçid : Pixlr

GIMP

GIMP, qat dəstəyi, magic wand üslubu və geniş əlavələr dəstəyi ilə əhatəli bir foto redaktə vasitəsi kimi axtaranlar üçün çox yararlı ola bilər.  Ancaq funskiya sayının çoxluğu istifadəçidə bəzi çaşqınlıqlar yarada bilər. Proqramı öyrənmək müəyyən vaxt tələb edir.

GIMP, Fotoşopun .psd faylları də daxil olmaqla, bir çox formatı dəstəkləyir və siyahımızda Fotoşopa ən yaxın proqramdır.

Yükləmək üçün keçid : GIMP

Paint.NET

Bəzən bütün funksiyaların əlinizin altında olması işinizi asanlaşdıra bilər. Sadəliyi ilə seçilən Paint.NET kifayət qədər sürətli və pulszu bir foto redaktə proqramıdır.  Microsoft-un çox sadə Paint proqramı ilə Paint.NET-in heç bir əlaqəsi yoxdur. İstifadəsini qısa zamanda öyrənə biləcəyiniz proqram  layer, geri alma, filtrləmə, 3 ölçülü döndərmə kimi əsas özəllikləri təqdim edir.

Yükləmək üçün keçid : Paint.NET

PicMonkey

Axtardığınız proqram Fotoşopa alternativ olmaqdan başqa, fotolarınızı əyləncə məqsədli qurmağınızı kömək edəcək. İstifadəsi asan bir proqram olan PicMonkey məhz sizin üçündür.  PicMonkey ilə fotoları döndərə, kəsə, yenidən ölçüləndirə və müəyyən effektlər əlavə edə bilərsiniz.

Yükləmək üçün keçid : PicMonkey

Sumopaint

Sadəcə .png və .jpg tipli faylları açmaq sizi məhdudlaşdırmayacaqsa  Sumopaintin pulsuz versiyası sizing üçün Fotoşopa yaxşı bir alternative ola bilər. Fotoşop və Pixlr-ə bənzər funksiyaya və interfeysə sahib olan proqram, fotolarınızı redaktə edib onları təkmilləşdirməyinizə kömək edə bilər.

Yükləmək üçün keçid : Sumopaint

Fotor

Foto təkmilləşfirmə vasitəsi olan Fotor, fotolarda müyyən bir hissəni seçib düzəltməyinizə icazə vermir. Ancaq keyfiyyətli filtrlər ilə fotolarınıza sözün həqiqi mənasımda işıldada bilər. Proqramda köhnə və canlı rəng tənzimləmələri yerləşir və edəcəyiniz incə nizamlamaları özünüz seçə ilərsiniz.

Yükləmək üçün keçid : Fotor

Test tərcümə: Fəqan

Daha çox - Bloq

To Top